AzTV-də “Əsas məsələ” proqramında Rüfət Həmzəyevin moderatorluğu ilə “İctimai nəzarət mexanizmləri”ni müzakirə etdik. İctimai nəzarəti artırmaq üçün əlavə nələri etmək lazımdır və bu yolda hansı maneələr var? Maraqlı fikirlər var. Sahib Məmmədov, Aydın Səfixanlı və Tural İsmayılovla birgə.
Kateqoriya: Uncategorized
“Yeni Musavat”da canlı debat: İnternet azadlığı dartışması – Müşfiq Ələsgərli ilə Əvəz Zeynallı
“Canlı debat”da Azərbaycanda internet azadlığı mövzusu müzakirə olunur. Freedom House təşkilatının internet azadlığı ilə bağlı hesabatı ölkədə ciddi fikir ayrılığına səbəb olub. Canlı yayında Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli ilə Xural TV-nin rəhbəri Əvəz Zeynallı üz-üzə gəlirlər. Müzakirədə dinləyicilərimiz də iştirak edə bilərlər.DAHA ÇOX GÖSTƏR
Kanal 5 internet TV-də müzakirə
Kanal 5 internet TV-də Azərbaycan mediasının durumu, ölkəmizə qarşı aparılan informasiya savaşına qarşı müqavimət və mediadan sui-istifadə halları barədə danışdıq
Media eksperti müxalifətin dəyirmi masası barədə
Əli Kərimli Əli İnsanova beyət edəcəkmi? –
6 Noyabr 2019 10:24 (UTC+04:00)
Bakı. Elçin Mehdiyev – Trend:
Noyabrın 5-də Müsavat partiyası başqanının təşəbbüsü ilə partiyanın qərargahında siyasi partiya liderlərinin və siyasətçilərin iştirakı ilə dəyirmi masa keçirildi. Məlumdur ki, müxtəlif vaxtlarda belə formatları gündəmə gətirməklə müxalifətin birliyi görüntüsü yaratmaq cəhdlləri yeni qalmaqal, qarşılıqlı ittihamlar və nəticə etibarilə daha dərin parçalanma ilə nəticələnib. Bu dəfə isə başdan-ayağa korrupsiya və rüşvətxoşluq çamuruna bulaşmış keçmiş məhbus Əli İnsanovun “müxalifət birliyi”nə “pənah” gətirməsi cəmiyyətdə belə bir sual yaradır: Əli Kərimli Əli İnsanova beyət edəcəkmi?
Trend-in məlumatına görə, məsələni şərh edən Azərbaycan Mətbuat Şurasının sədr müavini, media eksperti Müşfiq Ələsgərli öncə sözügedən toplantıdakı “yer davasından” danışıb. Bildirib ki, əslində, kimsəni ağsaqqal seçə bilməmələrində bir haqq var:
“Çünki, bu masa ətrafında oturanların hər biri haqqında ən ağır, nalayiq ifadələri elə özləri səsləndiriblər. İndi kimə və hansı üzlə “beyət etsinlər”? Aralarında sözünü eşidəcəkləri, kritik anlarda ağsaqqal sayacaqları kimsə qalmayıb, özləri-özlərini hörmətsiz ediblər”.
Onun sözlərinə görə, tədbir başlayan andan aralarında qeyri-səmimilik, perspektivsizlik özünü göstərdi:
“Arif Hacılı bu tədbirdə “Dəyirmi Masa iştirakçılarının əlifba sırasına uyğun olaraq çıxış edəcəklərini” bildirib. “Əlifba sırası” ifadəsi təsadüfən ortaya çıxmayıb. Deyirlər ki, tədbirdən öncə ən ciddi müzakirələrdən biri “kimin harada, hansı stolda” oturacağı üzərində olub. Kimsənin başda oturması yönündə kompromisə gələ bilməyiblər və yekunda dairəvi stol ətrafına toplaşmağa qərar veriblər. Bu təfəkkürlə nə əldə edəcəklər və ya cəmiyyətə nə fayda verəcəklər?”.
“Xəzər aktual”da mitinqçilərlə davranış müzakirəsi
“Hədəfdə mediadan sui-istifadə edən məmurlar da olmalıdır”
http://sia.az/az/news/politics/766196.html
“Hədəfdə mediadan sui-istifadə edən məmurlar da olmalıdır” ŞƏRH – ÖZƏL
“Prezident İlham Əliyevin oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədə ölkə mediası barədə fikirləri media ictimaiyyəti olaraq dəstəkləyir, özümüzə mənəvi dəstək hesab edirik”. Bu fikirləri SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.
Artıq 10 il müddətdir ki, Azərbaycan jurnalistikasının, mediasının təmizlənməsi, siyasiləşmədən xilas olunması, reket jurnalistikanın aradan qaldırılmasına dair mübarizənin aparıldığını deyən M. Ələsgərli söyləyib ki, belə bir mübarizə həm cəmiyyət, həm də ictimaiyyət üçün vacib məsələdir.
O bildirib ki, məsələnin aktuallığını nəzərə alaraq, Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti ölkə başçısının səsləndirdiyi fikirlərlə bağlı toplantı keçirib: “Biz orada Azərbaycan Prezidentinin çıxışına öz dəstəyimizi və minnətdarlığımızı ifadə etdik. Hesab edirik ki, dövlət başçısının bu çıxışı media sahəsində çatışmazlıqları aradan qaldırmaq üçün böyük dəstəkdir. Azərbaycan Mətbuat Şurası 10 ildən artıqdır ki, reket mediaya qarşı mübarizə aparır. Amma onun kökünü tamamilə kəsmək mümkün olmur. Çünki, həmin qurumların arxasında çoxsaylı mərkəzlər, qruplar dayanırlar. Çox təəssüf ki, bəzən onların arxasında bəzi məmurların əli çıxır”.
Qurumun sədr müavini vurğulayıb ki, həmin məmurlar “media qurum”larında öz maraqlarını təmin etmək, bəzən də ayrı-ayrı məmurlara qarşı kompramatların işıqlandırılması üçün istifadə edirlər: “Bununla da onlar reket jurnalistikaya dəstək vermiş olurlar. Çox təəssüf ki, bəzən həmin məmurlara qarşı mübarizə aparmaq da bizim gücümüz xaricində olur. Bu məsələ dəfələrlə öz təsdiqini tapıb. 2015-ci ildə MTN komandası ifşa olunnda da, onların böyük media şəbəkəsi vardır. Həmin media şəbəkəsində ayrı-ayrı iş adamları, eləcə də məmurları ləkələmək üçün istifadə olunurdu. Həmin komanda ifşa olunsa, onların hələ də kökü kəsilməyib, varisləri bitməyib. Bu kimi məsələlər hələ də mediada var”.
M.Ələsgərli qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 15-də media ilə bağlı çıxışından yararlanaraq, reket media və onlarla əlaqədə olan məmurlarla bağlı ciddi ölçü götürülməsinə nail olmalıyıq ki, bu kimi əməllərin kökü kəsilsin: “Amma bu işdə təkcə media orqanları yox, onlardan sui-istifadə edən məmurlar da hədəfdə olmalıdırlar. Əlbəttə ki, elə” media”, “jurnalistlər” var ki, onlar bu cür kompramat savaşlarına alət olurlar. Amma məsələ ondadır ki, bu cür məmurlar da var ki, onlar mediaya kompramat metariallar yayır, onların məlumatlarını yayacaq “media qurum”larına dəstək göstərirlər. Ölkə başçısının da söylədiyi kimi hər iki tərəfə qarşı mübarizə aparılmalıdır ki, bu sahədə müəyyən səliqə səhmana nail olunsun”.
Müəllif: Nailə Məhərrəmova
18 Oktyabr: Dövlət Müstəqillik Günü və müstəqilliyimizə qarşı olanlar
Türkiyə bu cür təzyiqlər qarşısında baş əyməyəcək!
http://xalqqazeti.com/az/news/33572
Müşfiq Ələsgərli: Türkiyə bu cür təzyiqlər qarşısında baş əyməyəcək!
“Qondarma “erməni soyqırımı” qərarının ABŞ-da qəbul etdirilməsi üçün uzun illər müddətində dəfələrlə, həm də sistemli şəkildə cəhdlər olunub. Demək olar ki, hər il aprel ayında bu yöndə cəhdlər intensivləşir, amma hər dəfə də ABŞ prezidentləri erməni şəbəkəsini məyus edən açıqlamalar verirlər. Çünki, məsələnin qondarma xarakter daşıdığını, tarixi əsaslarının olmadığını bilirlər. Lakin bu dəfə qanun layihəsi payız ayında qəbul edildi.
Bu fikirləri, Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirib.
JUHİ sədri qeyd edib ki, məsələnin bu il qeyri-ənənəvi bir vaxtda, apreldə deyil, payızda gündəmə gətirilməsi və Nümayəndələr Palatasının onu tələsik qəbul etməsi göstərir ki, proses siyasi qərarlara bağlıdır. Türkiyənin Suriya problemi mövzusunda ABŞ-ın tələblərinə boyun əyməməsinə cavabdır. Əslində, bu cür qərar verməklə ABŞ siyasətçiləri özlərini ifşa edirlər, beynəlxalq ictimai rəydə özlərini gözdən salırlar. Necə olur ki, uzun illər ərzində gündəmdə saxlanılan qondarma soyqırım mövzusu ABŞ siyasətçiləri tərəfindən erməniləri məyus edəcək formada qarşılanır, amma 2019-cu ildə məhz ciddiyə alınaraq Konqresin Nümayəndələr Palatası tərəfindən qəbul edilir? Belə yanaşmanın özü bird daha sübut edir ki, erməni soyqırımı məsələsi qondarmadır, mifdir və dünya güclərinin əlində yalnız bir silah kimi istifadə olunur. ABŞ siyasətçiləri də bu qərarı yalnız özlərinin işinə yarayanda, yəni Suriya və digər mövzularda Türkiyəyə təzyiq göstəmək üçün bəhanə lazım olanda qəbul edirlər.
M.Ələsgərli əlavə edib ki, Türkiyə bu cür təzyiqlər qarşısında baş əyməyəcək. Qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda səfərdə olarkən dedi ki, Türkiyə Suriyanın sərhəd bölgələrində təhlükəsizlik buferi yaratmaq planının icrasına başlayanda, xaricdən gələ biləcək bütün riskləri hesaba alıb. İnanırıq ki, Türkiyə barədə son zamanlar bir neçə dəfə yanlış qərarlar elan edib, sonar da geri çəkilən ABŞ siyasətçiləri, yenə də təhlillər aparıb, praqmatik bir qərar verəcək, qondarma qərarın qəbulunu digər mərəhələrdə dayandıracaqlar.
Anar TURAN,
“Xalq qəzeti”
“Milli Şura”da ikitirəlik var:
https://news.milli.az/politics/799099.html
rəhbərliyin 2 noyabr “etirafları” isə ictimai rəyi çaşdırmağa hesablanıb
“Milli Şura” təmsilçiləri noyabrın 2-də Bakı şəhərində, 28 May meydanı ətrafında keçirməyi planladıqları növbəti icazəsiz mitinqi təxirə saldılar. Səbəblər açıqlanıb. Deyirlər ki, “hakimiyyət strukturları mitinqin qarşısını almaq üçün ciddi təxribatlar hazırlayıbmış”. Bəyanatda “hazırlanmış təxribatın” detalları da təsvir edilib. İddialarına görə, qəsdən təşkilatlandırılmış cinsi azlıqların təmsilçilərinin mitinq meydanına gətirilmə ehtimalı varmış. Onlar özləri üçün azadlıq tələb edən şüarlar səsləndirməklə “Milli Şuranın” adına ləkə vuracaqlarmış. Paralel olaraq, radikal islamçı qrupların məqsədli şəkildə ön plana çıxarılması, mitinq iştirakçıları arasına qatılması, radikal dini şüarlar səsləndirməklə bunların adını ləkələməsi barədə plan olub. Həmçinin, “vətəndaş qarşıdurması yaradılması” barədə plan var imiş və sair.
Təzadlar görünür. Hiss olunur ki, mitinqin təxirə salınması səbəbləri üzərində manipulyasiya edirlər. 19 oktyabrda keçirilən razılaşdırılmamış aksiyanın təşkilindən əldə etdikləri dividentləri, həm də 2 noyabr aksiyasının təxirə salınmasından qazanmaq istəyirlər. Bir tərəfdən beynəlxalq təşkilatlara özlərinin “nə dərəcədə basqı alıtında olmaları” barədə uydurma mesajlar verirlər. 19 oktyabr təcrübəsi göstərir ki, bəzi “beynəlxalq təşkilatlar” da belə “basqılara” görə bəyanatlar səsləndirməyə meyllidirlər. Digər tərəfdən isə daxili ictimai rəydə suç sayılacaq real əməllərini gizlədirlər, çaşqınlıq yaradırlar.
Malı-mala qatmasınlar. Son bəyanatlarında gizlətdikləri ayrı-ayrı tezislərə şərh versinlər. Əvvəla hakimiyyət təmsilçiləri ən üst qatda açıqlama verdilər ki, 2 noyabrla bağlı heç bir təxribat yoxdur, sadəcə sanksiyalaşdırılmamış aksiyanın qarşısı qanuni yollarla alınacaq. İcazəsiz aksiyanın qarşısını almaq üçün qanuni yollar mövcuddursa, təxribat planı qurmğa nə zərurət var? Digər tərəfdən, əgər həqiqətən də “cinsi azlıqların təmsilçilərinin mitinq meydanına gətirilmə planı varmışsa” və “radikal düşərgə” təmsilçiləri bunu öz adlarına ləkə sayırlarsa, qoy onda bu üzdəniraq qruplar barədə siyasətlərini açıqlasınlar. Bir tərəfdən “İstanbul Konvensiyasının” (bütöv adı “Qadınlara qarşı zorakılıq, məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyası) Azərbaycan tərəfindən imzalanmasını, ratifikasiya edilməsini tələb edirlər; həmçinin, ölkədə feminizm hərəkatının alovlanmasına rəvac verirlər, bu yolla ənənəvi ailə institutunun dağıdılmasına, cəmiyyət üçün qeyri-məqbul sayılan “azlıqların” qanuniləşdirilməsinə tərəfdar çıxırlar, digər tərəfdən üzdəniraq qrupların mitinqdə iştirakını özləri üçün həqarət sayırlar. Yəni bilmirlərmi ki, indiki feminizm hərəkatı klassik feminizmdən fərqlənir, yalnız qadınların üstün hüquqlara malik olmasını ehtiva etmir, cəmiyyətimiz üçün qeyri-məqbul olan “azadlıqların” çoxalmasına yol açır? Həqiqətənmi “İstanbul Konvensiyasının” ölkəmizdə imzalanmamasının və ratifikasiya edilməməsinin real səbəblərindən xəbərsizdirlər? Hakimiyyəti tənqid etmək xatirinə bu cür zərərli hərəkatları müdafiə etməklə, cəmiyyətdə hansı ziyanlı tendensiyaların artmasına rəvac verdiklərinin fərqinə varmırlarmı? Xəbərləri yoxdursa, həmin sənədləri bir daha oxusunlar, dəstəkçi çıxdıqları hərəkatların mahiyyətini saf-çürük etsinlər, hakimiyyəti tənqid etmək naminə hansı proseslərə qurşandıqlarının fərqinə varsınlar.
“Milli Şura”nın 2 noyabr mitinqini təxirə salmasının səbəbləri barədə açıqladığı bəyantda üzə çıxan təzad təkcə bu deyil. Ziddiyyətlər çoxdur, həm də gözlə görünəndir, qulaqla duyulandır. 2 noyabr mitiniqinin təxirə salınmasının real səbəblərini bilmək üçün geniş araşdırma aparmağa, uzun-uzadı şərhlər verməyə lüzum dayoxdur. Həmin səbəblər “Milli Şura” təmsilçilərinin son bir həftə ərzində özlərinə yaxın KİV-lərə verdikləri müsahibələrdə, həmçinin, sosial şəbəkələrdəki çıxışlarında çox aydın şəkildə görünür. Qənimət Zahidin AXCP sədri Əli Kərimli ilə birgə “Sözarası” proqramının 30 oktyabr tarixli yayımındakı müzakirələri, bundan bir gün əvvəl AND hərəkatının üzvü Elnur Sadıqlı ilə apardığı müzakirələr, həmçinin, Vidadi İskəndərlinin eyni tarixdə şəxsi youtube kanalındakı çıxışında 2 noyabr aksiyasının təxirə salınmasının səbəbləri izah edilir. Hər 3 çıxışda etiraf edilir ki, 19 okyabrda keçirilən icazəsiz aksiya zamanı cəmiyyətdən yetərli dəstək ala bilməyiblər. Net şəkildə deyirlər ki, “əgər aksiyaya bir neçə min adam toplaya bilsəydilər, daha ürəkli hərəkət edərdilər”. Əslində, hələ 8 oktyabr piketi zamanı müəyyən edilmişdi ki, “radikal müxalifət” elektoratı olmadığı üçün aksiyaları icra orqanı tərəfindən müəyyən edilmiş yerlərdə keçirməkdən yayınır. Paytaxtın mərkəzində aksiya təşkil etməklə kənar müşahidəçilərin hesabına izdiham görüntüsü yaratmağa çalışırdı. Müstəqil təhlilçilərin bu qənaətini Qənimət Zahidin müsahibləri də etiraf edirlər. Elnur Sadıqlı deyir ki, “icazəsiz aksiyadan gələn divident icazəli aksiyanınkından daha çoxdur”. Amma indi razılaşdırılmamış aksiya üçün də baza tapma bilmirlər. Anlayırlar ki, əhalinin dəstəyi olmadığı halda, populist bəytanatlarla və siyasi avantüra xarakterli addımlarla növbəti dəfə özlərini ifşa edəcək, bununla da tam iflasa uğrayacaqlar. Buna görə də aksiyadan imtina etməkdən başqa çıxış yolu qalmadı. Görünür, onlar həm də anlayırlar ki, nəinki icazəsiz aksiyalara qoşulanların sayı azdır, həm də sosial şəbəkələrdəki çıxışlarını dinləyənlər də yoxdur. Əgər belə olmasaydı, həftə boyu vətəndaşları icazəsiz aksiyaya çıxmadıqlarına görə danlayıb, sonra da “2 noyabr mitinqini hakimyyətin təxribatlarına görə təxirə saldıqlarını” demzdilər. Ehtiyat edərdilər ki, dinləyicilər iki tezis arasındakı uyğunsuzluğu görə bilər.
İddia olunan “təxribat” hazırlığı barədə hekayələr icazəsiz mitinqin təşkilatçılarının tam uğursuzluqlarını əsaslandırmağa göstərdikləri cəhddən başqa bir şey deyil. Müxalifət əvvəlcə “cinsi azlıqlardan ibarət təxribatçılar”, sonra “islamçı təxribatçılar”, “planlaşdırılmış vətəndaş qarşıdurması” barədə hekayələr uydurdular. Əslində, uğursuz alınmış 19 oktyabr mitinqindən sonra radikal müxalifət başçıları əhali arasında onları dəstəkləyənlərin olmadığını anladıqlarına görə, öz zəifliklərini müxtəlif saxtakarlıqla əsaslandırmağa çalışırlar.
Müşfiq Ələsgərli
Prezident İlham Əliyev növbəti möhtəşəm uğura imza atdı
Azərbaycanda kosmik sənayenin yaranma tarixi yenidir, çox gəncdir, 2008-ci ildən başlayır. Prezident İlham Əliyev 2008-ci ildə “Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması” haqqında sərəncam imzalayıb. 2009-cu ildə isə “Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” dövlət başçısının sərəncamı olub. Prezidentin növbəti sərəncamı 2010-cu ildə olub: “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında” sərəncam.
Sərəncamlardan irəli gələn tapşırıqlar sürətlə icra edilib, uğurlu nəticələr verib. 2013-cü ildə ilk peykimiz olan “Azərspace 1” telekommunikasiya peyki, 2014-cü ildə isə “Azərsky” müşahidə peyki orbitə çıxarılıb. Və nəhayət, üçüncü peykin orbitə çıxarılması ölkəmizdə kosmik sənayenin inkişafında növbəti addım olub. Gənc müstəqil ölkə üçün qısa müddət ərzində belə nailiyyətlərin əldə edilməsi böyük hadisədir. İndi bizim 3 peykimiz var və Azərbaycanda kosmik sənaye inkişaf edir. Azərbaycan dünyanın kosmik klubunun məhdud sayda olan üzvlərindən biridir.
Vaşinqtonda keçirilən Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında Bakı şəhərinə 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnun verilməsi möhtəşəm hadisədir. Nəzərə alsaq ki, bu məsələdə Bakının üç ciddi rəqibi olub (Sinqapur, Rio-de-Janeyro və Dehli şəhərləri), onda qərarın əldə edilməsi üçün nə qədər gərgin səy göstərildiyini təsəvvür edə bilərik. Həm təcrübə, həm də əhali baxımından Hindistanla Braziliya Azərbaycanla müqayisəedilməz səviyyədədir. Ancaq bu mübarizədə qələbə qazanan Azərbaycan oldu. Prezident İlham Əliyevin dediyi kimi, “bu qərar Azərbaycanın nüfuzundan xəbər verir. Bizə inanırlar, bizim siyasətimizə böyük dəstək göstərilir, Azərbaycanda gedən proseslərə dünya miqyasında böyük rəğbət var”.
Müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi dövründə bu cür gözlənilməz, təsəvvüredilməz nailiyyətləri bir neçə dəfə qazanıb: “Elə bu ayın ərzində BMT-dən sonra ən böyük təşkilatına – Qoşulmama Hərəkatına sədrliyimiz bunun əyani sübutudur. Azərbaycanla birlikdə 120 ölkə yekdil qərarla Azərbaycanı Qoşulmama Hərəkatına sədr seçibdir və bu, doğrudan da böyük tarixi nailiyyətdir”. Məlumat üçün qeyd edək ki, Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə üzv olub, qısa müddət ərzində onun sədrliyi postunu əldə edib.
Müşahidələr göstərir ki, bu cür nailiyyətlərin əldə edilməsi təsadüflərin nəticəsi deyil, Prezident İlham Əliyevin düşünülmüş proqramlarının göstəricisidir. Nəzərə alaq ki, 2011-ci ildə Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdi. 155 ölkə Azərbaycana səs vermişdi. Üzv dövlətlərin tam əksəriyyəti Azərbaycana və onun siyasətinə öz dəstəyini nümayiş etdirmişdi. Həmin vaxt cəmi 20 yaşı olan ölkə üçün bu, böyük nailiyyət idi.
Astronavtika Konqresinin 2022-ci ildə Bakıda keçirilməsi növbəti böyük qələbəmizdir.