İctimai TV-nin “Sabahın xeyir” proqramında “Milli Mediamızın 144 illiyi: nailiyyətlər və problemlər” mövzusunda müzakirələrimiz.
“Demokratikləşmə” illüziyası bitdi: Paşinyan Ermənistanı acı həqiqətlərlə üz-üzə qoydu
130 milyon dollar tapmağa aciz olan ölkə
Ötən altı ayın nəticələri üzrə hazırlanan hesabatlar Ermənistanda acı reallıqları üzə çıxarıb. Bəlli olub ki, 2018-ci il dekabrın 9-da növbədənkənar parlament seçkilərində qələbə qazanan, 2019-cu il yanvarın 14-də rəsmən baş nazir kimi fəaiyyətə başlayan Nikol Paşinyan komandası (əslində 2018-ci ilin iyun ayından etibarən ölkədə siyasi vəziyyətə nəzarət edib) ölkənin köklü problemlərinin həlli üçün heç nə etməyib, yalnız imitasiya ilə məşğul olub. Bununla da, Ermənistanda problemlər nəinki azalmayıb, əksinə, daha da kəskinləşib. Məsələn, Ermənistanın Milli Statistika Komitəsinin rəsmi məlumatına əsasən, ölkədə hər 10 nəfər sakindən 3-ü, yəni, təqribən 880 000 nəfər hələ də ağır yoxsulluq həddində yaşayır. Onların aylıq gəlirləri 23 min dram (48 dollar) təşkil edir ki, bu da Ermənistan kimi kiçik ölkə üçün hədsiz təhlükəlidir. Ermənistanın ümumi əhalisinin sayı cəmi 2,94 milyon nəfər səviyyəsindədir.
Digər ciddi problem- işsizlik üzrə durum da olduğu kimi qalır. İqtisadçı ekspert Babken Tunyan Paşinyan komandasının işsizliyin azaldılması üzrə “proqramına” ironik yanaşıb. Bildirib ki, Ermənistanda işsizlərin sayının azalması barədə deyilənlər yalandır: “Düzdür, işsizlərin sayının azalmasında simvolik dəyişiklik var. Amma bunun səbəbi yeni iş yerlərinin açılması deyil, iş tapa bilməyən sakinlərin iş tapmaq arzusuyla başqa ölkələrə getmələridir. Yəni işsizlərin əksəriyyəti iş tapa bilmədikləri üçün baş götürüb ölkədən gediblər. Buna görə də sayları azalıb”. Məşğulluq Agentliyinin Monitorinq şöbəsinin rəisi Asmik Tadevosyan da eyni faktı təsdiqləyib: “Ermənistanda işsizlərin sayı ona görə azalıb ki, insanlar vətənində iş axtarmaq əvəzinə emiqrasiyaya getməyi üstün tuturlar”.
Bənzər problemlərin çoxluğu Ermənistanı tamamilə boşalmaq təhlükəsi ilə üz-üzə qoyub. Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu 2019-cu ilin birinci yarısında Ermənistanın əhalisinin sayının 2,94 milyon nəfərə endiyini və bunun 2017-ci ilin eyni dövrünə nisbətən 10 min nəfər az olduğunu bildirib. Emiqrasiya ilə yanaşı doğum həddi də aşağı düşüb. Ekspert Tsovinar Harutyunyan bildirib ki, regiondakı ölkələrlə müqayisədə ən az doğum səviyyəsi Ermənistandadır : “Bu ilin ilk yarısında Ermənistanda cəmi 16 189 körpə dünyaya gəlib”.
Müqayisə üçün göstərilir ki, Ermənistan əhalisinin sayı 2011-ci il siyahıyaalınması üzrə 3,018 milyon nəfər olduğu halda, bu gün 2,94 milyon nəfər səviyyəsində qiymətləndirilir.
Erməni tədqiqatçılar bildirirlər ki, Ermənistanda yoxsulluğun qarşısını almaq üzrə proqramların gerçəkləşdirilməsi üçün, 63,2 milyard drama, yəni, 130 milyon dollara ehtiyac var. Lazım olan vəsait tapılmadığı üçün proqramlar da gerçəkləşdirilmir. İqtisadçı Aram Kayfacyan bildirib ki, Ermənistanın bu məbləğdə vəsaiti yoxdur, vəziyyət yalnız xarici sərmayələr sayəsində dəyişə bilər. Xarici sərmayələrin tapılması da problemə dönüb.
Ermənistanı problemlər məngənəsinə salan siyasət
Ekspertlər bildirirlər ki, Ermənistanın problemləri çoxçeşidli olsalar da, sonucda onların səbəbləri azsaylı faktorlar üzərində cəmləşir. Bu çoxsaylı problemlərin kökü Ermənistaının işğal siyasəti, Azərbaycan və Türkiyəyə qarşı sərgilənən torpaq iddiaları, Dağlıq Qarabağ ətrafında qurulan oyunlar, bunların fonunda Azərbaycan və Türkiyə ilə gərginləşən münasibətlərdir. Dağlıq Qarabağ problemi Ermənistanı Rusiyanın forpostuna çevirib, ölkənin nəinki hərbi, siyasi mühitində, hətta iqtisadi strukturlar üzərində də nəzarəti itirib. Azərbaycan və Türkiyə tərəfindən təcrid vəziyyətinə salınması isə, onu problemlər məngənəsində boğub, tamamilə tərk edilməsi təhlükəsini yaradıb. Ermənistan, region üzərindən gerçəkləşdirilən bütün layihələrdən kənarda qalıb. Ölkəyə sərmayə gətirəcək, investisiya qoyulmasını təşviq edəcək bütün şanslardan məhrum edilib. İndiki durumda Ermənistanın qurtuluşunun əsas resepti Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir. Lüzumsuz hərbi xərcləri azaltmaqla, ölkə əhalisinin sosial problemlərinin həllində fürsət qazanmaq mümkündür. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Ermənistanın təcrid və blokada durumundan çıxması, xarici sərmayələr üçün açıq elan edilməsi deməkdir. Hesablamalara görə, Türkiyə ilə sərhədlərin açılması nəticəsində Ermənistan yalnız ticarət dövriyyəsindən 150 milyon dollardan artıq gəlir götürə bilər ki, bu da yuxarıda adı çəkilən, yoxsulluğun azaldılması üçün zəruri olan 130 milyon dollarlıq sərmayədən daha çoxdur. Digər istiqamətlərdən gələn gəlirlər, Ermənistanı yenidən yaşayış üçün əlverişli ölkəyə çevirə bilər. Əslində Ermənistan əhalisinin 2018-ci il seçkilərində Nikol Paşinyana və onun “Mənim addımım” blokuna dəstək verməsi də bu amillə bağlı olub. Ehtimal var idi ki, Qarabağla bağlılığı olmayan, həmçinin, hələ 1997-ci ildə Qarabağ münaqişəsinin həlli təklifini gündəmə gətirən Ter-Petrosyan komandasından çıxması N.Paşinyana imkan verəcək ki, “Qarabağ klanının” siyasətə təsir imkanlarını minimuma endirsin, münaqişənin nizamlanmasına nail olsun və Ermənistanı xilas edə bilsin. Maraqlıdır ki, Paşinyan ona bəslənən ümidləri ilk andan qırdı. Baş nazir postuna yiyələndikdən həmən sonra öz oğlunu Azərbaycanın işğal edilmiş ərazilərinə əsgəri xidmətə göndərməsi onun fərqli planlarından xəbər verdi. Azərbaycanla danışıqlar prosesindən yayınması, faktiki olaraq özündən əvvəlki işğalçı rejimin yolunu fərqli formada davam etdirmək taktikası kimi yozuldu. Keçən ay, ATƏT MQ həmsədrlərinin regiona səfəri zamanı erməni snayperi tərəfindən Azərbaycan Ordusunun zabiti Aqil Omarovun qətlə yetirilməsi Ermənistan tərəfinin cəbhə bölgəsində vəziyyəti gərginləşdirmək, danışıqlar prosesinə əngəl yaratmaq və 25 ildir davam edən bu münaqişədə mövcud status kvonu qoruyub saxlamaq məqsədi güddüyün bir daha ortaya qoydu. Aydın oldu ki, işğalçı ölkə və onun yeni hakimiyyəti-Paşinyan komandası münaqişənin həllində maraqlı deyil, onun sülh, atəşkəsə riayət olinması kimi iddiaları yalnız beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi güdür.
Nikol Paşinyan üçün tərs sillə
Son günlər Ermənistanda yaşananlar göstərir ki, ölkə əhalisi Nikol Paşinyanın keçmiş hakimiyyət komandasının səhvlərini təkrarladığını anlayıb. Analitik mərkəzlərin hazırladıqları hesabatlar aşkar edib ki, Paşinyan komandası hakimiyyətdə olduğu dövrdə yalnız populist bəyanatlar verib, köklü problemlərin həlli üçün addımlar atmayıb. Təkcə sosial-iqtisadi sferada deyil, siyasi mühitdə də zəruri dəyişikliklər edilməyib, “Qarabağ klanı” yenə də söz sahibidir, ölkədə təsir imkanları böyükdür. İrəvanın birinci instansiya məhkəməsi ötən şənbə günü Ermənistanın ikinci prezidenti, “Qarabağ klanının” liderlərindən olan Robert Köçəryanı həbsdən azad edib. R.Köçəryan 1 mart 2008-ci il hadisələri ilə bağlı aparılan istintaq çərçivəsində ittiham edilmiş və 2018-ci il dekabrın 7-də həbs edilmişdi. Köçəryanın həbsi Paşinyan hakimiyyətinin “Qarabağ klanı”na qarşı mübarizəsinin bir hissəsi, Ermənistan əhalisi üçün isə qurtuluş resepti hesab olunurdu. “Qarabağ” separatçıları ilə Paşinyan arasında yaşanan gərginliyin səbəbi də bu idi. Lakin Paşinyan təzyiqlər qarşısında duruş gətirə bilmədi, yaxud, ikibaşlı oyunları səbəbindən mövqeyini itirdi. Paşinyanın yalançı demokrat imicindən faydalanıb xalqı arxasınca aparmaq, Rusiyayay qarşı manevrlər edib “Qarabağ klanını” iflasa uğratmaq siyasəti, faktiki olaraq iflasa uğradı. Moskva “Qarabağ klanı”ndan istifadə edərək Paşinyana təzyiqlər göstərib Köçəryanı nəinki həbsdən qurtardı, həmçinin, Köçəryanın siyasi partiya qurub Paşinyana qarşı güc formalaşdırmasına zəmin yaratdı. Mayın 20 –də Paşinyan tərəfdarlarını küçələrə çıxarıb İrəvandakı bütün instansiya məhkəmələrinin binalarını mühasirəyə aldırdı. Məqsəd Koçaryanı həbsdən azad edən keçmiş məhkəmə sistemini dəyişdirmək idi. Amma prosesə mane ola bilmədi, Köçəryan azadlıqdadır.
Paşinyanın çaşqın duruma düşdüyü aydın görünür. O, bir tərəfdən “Qarabağ klanına” qarşı savaşını davam etdirir, bunun üçün müxtəlif vasitələrə əl atır. Məsələn, klan təmsilçilərinin nəzarətində olmuş Ermənistan Silahlı Qüvvələrinin . 2016-cı ilin aprel müharibəsi günlərində Azərbaycan Silahlı Qüvvələrinə cavab verə bilmədiyini bəyan edərək, , aprel hadisələrini araşdırmaq üçün istintaq komissiyası yaradır. İyunun 4-də qapalı formatda iclas keçirən Komissiyaya Ermənistanın və Qarabağın yüksək zabit heyətini sorğulamaq, onlardan cavab tələb etmək, məxfi sənədləri araşdırmaq səlahiyyətləri verir. Paralel olaraq, 1 mart 2018-ci il hadisələrində iştirak etmiş, “Qarabağ klanının” başqa üzvlərinin həbslərini sifariş verir. . Digər tərəfdən isə, “Qarabağ klanının” səhvlərini davam etdirir, Azərbaycana qarşı torpaq iddialarından əl çəkmir. Paşinyan 20 mayda, hətta gələcək müharibənin ssenarisini müəyyən edən açıqlama da verdi.
Yaranmış duruma əsaslanıb demək olar ki, Ermənistanda Paşinyan üzərində qurulmuş ilüziyalar boşa çıxıb. İndi ölkədə yeni inqilabi situasiya yetişir. Bu dəfə imitasiya üzərində qurulan, yalançı inqilab deyil, gerçək inqilab yetişir. Paşinyan özü də fərqindədir. O, nəinki hakimiyyəti, ailəsi və canı üçün də qorxu keçirir. Əks təqdirdə, oğlu Aşotu mayın 24-də təcili şəkildə Dağlıq Qarabağ ərazisində yerləşdirilmiş hərbi hissəsindən İrəvandakı hərbi hissəyə köçürməzdi.
Müşfiq Ələsgərli
Hindistandan qovulan, İsraildə bloklanan, Kilsə tərəfindən lənətlənən təşkilat: “Amnesty İnternational”
2016-cı il “Amnesty İnternational”ın gizlinlərinin açılması baxımından önəmli olub. Hindistan xüsusi xidmət orqanları həmin il müəyyən etmişdilər ki, insan hüquqlarının müdafiəsi adı altında fəaliyyət göstərən bu təşkilatın təmsilçiləri, əslində ölkənin Cammu və Kəşmir ştatlarında separatizmin alovlanmasına dəstək verirlər, Hindistanın bütövlüyünə və sabitliyinə qarşı çıxır, paralel olaraq, Pakistanla münasibətlərin kəskinləşməsinə, atəşkəsin pozulmasına çalışırlar. Hindistan xüsusi xidmətlərinin bu informasiyası faktlarla təsdiqini tapdıqdan sonra , “Amnesty İnternational”ın Hindistanda fəaliyyət göstərən ofisi qapadılmış, təşkilat əməkdaşlarının ölkə ərazisinə girişinə qadağa tətbiq edilmişdi.
“Amnesty İnternational”a qarşı belə sərt tədbir görmək məcburiyyətində qalan ölkə təkcə Hindistan deyil. Bənzər olay 2012-ci ildə İsraildə də yaşanıb. İsrail Xarici İşlər Nazirliyi, ardınca da İsrailin Londondakı səfirliyi bəyanat yayaraq “Amnesty İnternational”ı “qeyri-ciddi”, “gülünc” təşkilat adlandırmışdılar. Səbəb, təşkilatın 2012-ci il üzrə hesabatında İsrailin birtərəfli qaydada tənqid olunması, müharibə şəraitində olan bölgələrə “sülh dövrünün standartları” ilə qiymət verməsi idi. Qarşılıqlı ittihamların sonucu olaraq İsrailin dövlət qurumları dərin araşdırma aparmış, “Amnesty İnternational”ın hesabatının təsadüfi olaraq “qeyri-ciddi” hazırlanmadığı faktını ortaya qoymuşdu. Məlum olmuşdu ki, “Amnesty İnternational”ın humanitar missiyasının” tərkibində “terrorist təşkilatlarla sövdələşmələr aparmaq”, onların informasiyalarına istinad etmək də varmış. Şübhəli fəaliyyətini nəzərə laraq, təşkilatın fəaliyyətinə məhdudiyyətlər tətbiq olunmuşdu.
“Amnesty İnternational”ın fəaliyyəti dövründə yol verdiyi şübhəli məqamların siyahısı Hindistan və İsraillə məhdudlaşmır. Şri-lanka, Venesuela, Rusiya, Çin, Kongo Demokratik Respublikası və digər ölkələr də ayrı-ayrı zamanlarda “Amnesty İnternational”la insidentlər yaşamış, təşkilata qarşı sərt tədbirlər görmək məcburiyyətində qalmışdılar. Bunların fonunda Hindistan və İsraili önə çəkilməyimiz xüsusi bir məqamla bağlıdır. Hər iki dövlət beynəlxalq təşkilatların siyahılarında nisbətən “toxunulmaz” olmaları, demokratik imicdə verilmələri ilə tanınırlar. Bu iki dövlətə qarşı ənənəvi yanaşmanı pozan təşkilat olaraq “Amnesty İnternational” istisnalıq təşkil edir. Araşdırarkən bəlli olur ki, təşkilatın istisna hərəkətləri “ciddi səbəblərlə” bağlı olub. Qeyd olunan dönəmlərdə Böyük Britaniya və ABŞ-ın bu dövlətlər (Hindistan və İsrail) vasitəsilə icra olunası proqramları varmış. “Amnesty İnternational”ın İsraillə bağlı problemi o vaxt yaranıb ki, Barak Obamanın “İsrail-Fələstin münaqişəsi üzrə sülh proqramı”nın detallarını İsrailə qəbul etdirmək üçün İsrailə təzyiq göstərməyə zərurət yaranıb. Yaxud, Çini ABŞ-ın ticarət şərtlərini qəbullanmağa məcbur etmək lazım gəlib. Təbii ki, bu yolda ən yaxşı vasitə olaraq, Hindistandan faydalanmaq, onu Çinə qarşı istifadə etmək ağla gəlib. Hindistan manevrlər edəndə, bu palndan yayınanda isə, ona qarşı təzyiq və təxribatlar başlayıb, “Amnesty İnternational” kimi peyk təşkilatlar dövriyyəyə buraxılıblar. Başqa ehtimallar da yox deyil. Bizi maraqlandıran məqam isə, məhz bənzər dönəmlərdə “Amnesty İnternational”ın fəallaşması, hədəf dövlətlər üzrə tənqidi hesabatlarını gündəmə gətirməsi, həmin dövlətləri insan haqlarının pozulmasına görə ciddi tənqid etməsi, bir sözlə, dəyənək funksiyasını icra etməsidir.
Ötən dövrün təcrübəsi göstərir ki, “Amnesty İnternational” dünyada nüfuz sahibi olmağa can atan güc mərkəzlərinin əlində idarə olunan peyk funksiyasını yerinə yetirib. Hansı dövlətlər bu güc mərkəzlərinin hədəfinə gəlibsə, “Amnesty İnternational”ın istiqaməti də o səmtə yönəlib. Araşdırmaların nəticəsi olaraq belə bir fakt da ortaya çıxıb ki, “Amnesty İnternational”ın tuşlandığı ölkələr, bir qayda olaraq, təbii sərvətlərlə, xüsusən, karbohidrogen resursları ilə zəngin ölkələr olurlar. Tədqiqatçılar təşkilatın “humanitar aksiyalarına” məruz qalmış Konqo Demokratik Respublikasının təcrübəsində bunu isbat ediblər. Afrikanın 54 dövləti arasından yalnız Konqonun fərqləndirilərək “Amnesty İnternational”ın hesabatlarında daimi hədəf seçilməsi onunla əlaqələndirilir ki, bu dövlətin ərazisi kobaltın ehtiyatları ilə zəngindir. Yer kürəsinin kobaltin ehtiyatının tam yarısı Kongonun payına düşür. Kobaltin isə 21-ci əsrdə dünyanın ehtiyac duyacağı ən strateji məhsuldur.
“Amnesty İnternational”ın təbii resursları zəngin olan Cənubi və Latin Amerikası ölkələrinə
(Brazilia, Venesuella, Çili , Meksika) yönəlik sistemli tənqidləri, qızıl ehtiyatı baxımından dünyada beşinci ölkə olan, neft , qaz və mədən sənayesinə malik Brazilyanı ətraf mühitin müdafiəsi , yerli xalqların müdafiəsi pərdəsi altında tənqid etməsi də bu məqsədlərə bağlanır, bu zəngin ölkələrdə güzəştli iş qurmaq istəyən transmilli korparasiyaların maraqlarına xidmət edir.
Təbii ki, transmilli korparasiyaların bu ölkələrdə əldə etdikləri güzəştlərdə “Amnesty İnternational”ın öz payı var. O, dünyada istisna qeyri-hökumət təşkilatlarından biridir ki, illik büdcəsi 200 milyon dollardan yuxarıdır!.
“Amnesty İnternational”ın Azərbaycan üzərində fokuslaşması da, eyni səbəblərlə izah edilir. Azərbacanın müəlliflik və ya həmmüəlliflik etdiyi enerji layihələrinin icrasına başlamasını elan edildiyi illərə nəzər salanda, məhz həmin illər üzrə “Amnesty İnternational”ın hesabatları təhlil olunanda, hər şey bariz şəkildə ortaya çıxır. Təkcə 2015-2016-cı illərdə, Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsinin icrasına başladığı dönəmdə “Amnesty İnternational”ın keçirdiyi kampaniyaları göz önünə gətirmək kifayətdir ki, bu təşkilatın kimlərə xidmət etdiyi faktı öz təsdiqini tapsın.
“Amnesty İnternational” həm də, İsrail diplomatlarının qeyd etdikləri kimi, səriştəsiz, gülünc təşkilatdır, maxinasiyaları kövrəkdir, özünü tez büruzə verir. Hədəfə çatmaq üçün bəzən elə tələsik, cılız arqumentlərə istinad edir ki, bumeranq effekti ilə qarşılaşır, özünü ifşa etmiş olur. Belə məqamlardan biri onu Katolik Kilsəsinin qəzəbinə tuş edib. Belə ki, təşkilat bəzi ölkələri tənqid etmək üçün onları “cinsi azlıqların hüquqlarını tapdalamaqda”, bəzi ölkələri “abortları məhdudlaşdırmaqda”, bəzi ölkələriu isə “fahişəliyi leqallaşdırmamaqda” ittiham edib. Bunları nəzərə alaraq, 2007-ci ildə Kardinal Renato Martino adından Katolik Kilsəsinin bəyanatı yayılıb. Açıqlamada “Amnesty İnternational” “şər əməllər sahibi” adlandırılmış, katoliklər bu təşkilata ianə verməkdən yayınmağa çağırılmışdılar.
Zaman-zaman lənətlənmiş təşkilatın bugünkü hədəfləri sırasında Azərbaycan da var. İndi istəyi nədir? Zaman göstərəcək.
Müşfiq Ələsgərli
Britaniya KİV-ləri “Arsenal”ın Mxitaryanı Bakıya gətirməkdən imtina etməsinin “sirrini” çözdülər
O, Avropa Liqası üzrə oyunlarda özünü doğrultmayıb
“Arsenal” klubunun yarımmüdafiəçisi Henrix Mxitaryan mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununda iştirak etməyəcək. Klub bu barədə son qərarını verib və öz qərar barədə Avropa futbolunu idarə edən UEFA-nı məlumatlandırıb. Amma nə “Arsenal”ın, nə də UEFA-nın son açıqlamasında Mxitaryanın qərarının səbəbləri izah edilməyib. Qərarın məsuliyyəti Mxitaryanın öz üzərinə qoyulub və qeyri-müəyyənlik də onun öz dilindən elan edilib: “Mən və ailəm bütün mövcud variantları nəzərdən keçirdik və Avropa Liqasının finalına getməyəcəyimlə bağlı çətin qərar qəbul etdik”.
UEFA “Arsenal” oyunçusunun Bakıya gəlməkdən imtina etməsinin səbəblərinin onun milli mənsubiyyəti ilə əlaqələndirilməsinin əsassız olduğunu, dolayısı ilə etiraf edib. Qurumun rəsmi açıqlamasında qeyd edilir ki, “Azərbaycan hakimiyyəti ən yüksək səviyyədə Henrix Mxitaryanın Bakıda təhlükəsizliyinə dair zəmanət verib”.
Məsələ ondadır ki, Mxitaryanın Bakıya gəlməkdən imtina etməsini özünün milli kimliyi ilə əlaqələndirməsi, təhlükəsizliyinə təminat olmaması ilə izah etməsi öncədən şübhəli qarşılanmışdı. Çünki bundan öncə də erməni əsilli idmançılar müxtəlif yarışlar çərçivəsində Bakıda olublar və sağ-salamat geri dönüblər. Bunun ən bariz nümunəsi isə 2015-ci ildə, Bakı I Avropa Oyunları dönəmində müşahidə edilib. Bakıda 2015-ci il iyunun 12-də açılan Avropa Oyunlarında 24 Ermənistan idmançısı 6 idman növü üzrə yarışlara qatılmış və heç bir sıxıntı olmadan yarışlarda iştirak etmişdilər. Ermənistan Milli Olimpiya Komitəsinin baş katibi Hraçya Rostomyan yarışın nəticələrindən razı qaldığını rəsmən elan etmişdi. İndi hansısa 3-cü bir ölkə vətəndaşı olan erməni əsilli şəxsin Bakıda təhlükə ilə qarşılaşacağını elan etməsi absurd səslənir.
Məsələ təkcə Azərbaycan tərəfində deyil, Avropa Liqasını idarə edən UEFA-da və Böyük Britaniya mediasında da təəccüblə qarşılanıb. Böyük Britaniyanın transmilli KİV-lərindən BBC “Henrix Mxitaryan Bakıya nə üçün gəlməyəcək” sərlövhəli yazı dərc edib və sonda sualı açıq saxlayıb. Çünki BBC-nin müraciət etdiyi Avropa strukturlarının heç biri Mxitaryanın iddialarını qəbul etməyib, onun Bakıya getməməsi üçün səbəb görmədiklərini bildiriblər. Bu baxımdan BBC təmsilçiləri səbəb barədə məsuliyyəti yalnız Mxitaryanın ailəsinin şəxsi qərarının üzərində cəmləşdiriblər: “Məlumatda bildirilir ki, qərar Mxitaryan və onun ailəsinə məxsusdur”-deyə BBC əməkdaşı bildirir. “Arsenal” rəhbərliyi isə BBC-yə bildirib ki, “Azərbaycan hakimiyyət təmsilçiləri UEFA-ya Henrix Mxitaryanın təhlükəsizliyinə dair zəmanət veriblər. UEFA isə bu zəmanətlərin nəticəsində hərtərəfli təhlükəsizlik planını hazırlayıb və “Arsenal” klubuna təqdim edib. Klub UEFA və Azərbaycan hökumətinin bu məsələ ilə bağlı səylərini tanısa da, öz futbolçunun səyahət etməmək barədə şəxsi qərarına hörmətlə yanaşır”. Beləliklə, bütün qurumlar sonda Bakıya gəlməmək qərarının Mxitaryanın şəxsinə aid olduğunu bildiriblər.
Bu yanaşmaya uyğun olaraq, əksər mütəxəssislər Mxitaryanın futbolçudan daha çox, erməni millətçisi və “siyasətçi” olduğunu önə çəkirlər. Mxitaryan ailəsi “Arsenal” və “Chelsea” klubları arasında UEFA Avropa Liqasının final oyununa olan beynəlxalq maraqdan istifadə edərək, Azərbaycan barədə maksimum dərəcədə neqativ rəy yaratmağa çalışırlar. Hətta bu məqsədə çatmaq üçün özünün futbolçu karyerasını da riskə atır. Azərbaycanın Britaniyadakı səfiri Tahir Tağızadə transmilli KİV-lərə verdiyi müsahibələrdə bu yöndə olan düşüncələri tekstlə açıq elan edib. Cənab Tağızadə Sky Sports kanalına müsahibəsində deyib: “Mən Mxitaryana deyərdim ki, “sən peşəkar atlet, A dərəcəli futbolçusansa, məqsədin möhtəşəm final yaratmaqdırsa, buyur, Bakıya gəl və iddialarını isbat et. Yox, əgər məqsədin bunun ətrafında siyasi oyun oynamaqdırsa, onda başqa məsələ. Mxitaryan, sənə siyasətçi kimi yox, futbolçu kimi pul ödəyirlər, buna görə də gəl başqa məsələləri kənara qoy”. Azərbaycan səfirinin bu fikirləri BBC-nin hazırladığı məqalədə də yayımlanıb.
Amma son anda ortaya çıxan faktlar Mxitaryan olayının təkcə siyasi şou yaratmaq istəyi ilə bağlı olmadığını aşkara çıxarıb. Məsələ ondadır ki, Henrix Mxitaryan Ermənistan millisinin kapitanı qismində “82 oyunda 27 qol vurmaqla” “məşhirlaşsa da”, “Arsenal” klubunun yarımmüdafiəçisi qismində özünü doğrultmayıb. Mxitaryan yaxşı futbolçu imicini doğrultmadığı üçün, son zamanlarda əsasən ehtiyat oyunçu qismində saxlanılıb. Futbol mütəxəssisləri KİV-lər üçün açıqlamalarında qeyd ediblər ki, Mxitaryanın Bakıya gəlişi təmsil etdiyi komanda üçün heç nəyi dəyişmir, əksinə, mənvi əhval- ruhiyyənin enməsinə səbəb ola bilər. Mümkündür ki, “Arsenal” bu səbəbdən onun Bakıya gətirilməsində təkid etməyib. “Arsenal”ın guya Mxitaryanın əsas açar oyunçulardan biri olması barədə iddiaları isə, deyəsən, özünün yüksək ehtimalla gözlənilən məğlubiyyətini bəri başdan sığortalamaq cəhdidir.
Müşfiq Ələsgərli
Azərbaycanı Avropa İttifaqı üçün vazkeçilməz ölkəyə çevirən məqamlar
Müxalif düşərgə təmsilçilərinə yanlış məlumatı kim verib?
Prezident İlham Əliyevin Brüssel səfəri, Şərq Tərəfdaşlığı Proqramının 10 illiyinə həsr edilmiş Zirvə toplantısına qatılması ətrafında müzakirələr gündəmdən çıxmır. Müxalif düşərgənin səfər proqramı barədə fikri dumanlıdır, bu dumanı bütün cəmiyətə ötürmək istəyirlər. Azərbaycan Prezidentinin Brüsseldə yüksək səviyyədə, isti qarşılanması, nümayişkəranə şəkildə digər ölkələrin prezidentlərindən fərqləndirilməsi, amma bunun fonunda “Avropa İttifaqı ilə Azərbaycan arasında strateji sazişin imzalanmaması” müxalif ideoloqlara paradoks kimi görünür. Bu paradoksu izah etmək üçün səbəblər axtarırlar və yenə də səbəbi, xislətlərinə uyğun olaraq, “Azərbaycanın qüsuru” ilə əlaqələndirməyə çalışırlar. Ehtimal edirlər ki, Prezidentin Brüsseldə fərqli ovqatda, çox isti qarşılanmasında məqsəd, guya ki, Azərbaycanla Avropa İttifaqı arasına Strateji sazişin imzalanmasına nail olmaq imiş. Onların fikrincə, Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı Azərbaycanı Avropa İttifaqının etibarlı, məsuliyyətli tərəfdaş kimi qiymətləndirməsi də bu məqsədə xidmət edirmiş. Amma “Azərbaycan sazişi imzalamaqdan yayınıb və bunun üçün guya ki, saziş layihəsində suverenliyin tanınmması kimi bəhanələr uydurub”.
Əslində ortada paradoks görünəcək hal yoxdur. Avropa İttifaqı heç bir sənəddə Azərbaycanın suverenliyini şübhəyə almayıb, ona laqeyd yanaşmayıb. Əksinə, bütün zamanlarda və bütün sənədlərdə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyib. Azərbaycan da Avropa ittifaqı ilə strateji sazişi imzalamaqdan imtina etməyib. Sənədin imzalanması üçün danışıqlar davam etdirilir. Bəs müxalif ideoloqları gözlə görünən, yalan olduğu aşkar duyulan tezisi gündəmə gətirməyə nə vadar edib?
Kəmfürsət davranmasaydılar, azca araşdırma aparsaydılar, səfərin məqsədi barədə rəsmi qurumların açıqlamalarını gözləsəydilər, bu çaşqınlığa da düşməzdilər. Bəlli olur ki, müxalif düşərgə Brüssel səfəri barədə özünün bütün tezislərini “Azadlıq” radiosunun bir yanlış məlumatı üzərində qurub. Radio yanlış xəbəri bilərəkmi, yoxsa texniki səhv olaraq yayımlayıbmı? Bu, başqa bir mövzudur. İndilik bilinən bu ki, “radikalların” bütün baxışları bir yalan xəbərin təsiri altında qurulur.
Təhlillər göstərir ki, Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun xoş münasibəti, Azərbaycanın və Azərbaycan Prezidentinin şəninə dediyi sözlər də ötəri bir maraq üzərində qurulmayıb. Cənab Tusk, sadəcə, sələflərinin zaman-zaman Azərbaycan barədə səsləndirdikləri fikirləri yenidən təkrarlayıb, etirafda bulunub.
Avropalı siyasətçilərin bənzər etirafları
2015-ci il “Azərbaycan kimliyi”nin təqdimatı baxımından çox mühüm oldu. Eyni ildə gerçəkləşdirilən iki olay-Bakı I Avropa Oyunları və Parlament seçkiləri – üzərində qurulan çirkin oyunlar və rəsmi Bakının bu oyunları pozmaq üçün göstərdiyi iradə, “kiçik postsovet ölkəsi” streotiplərini dağıda bildi. Bəlli oldu ki, Azərbaycan “modern düzəndən kənar qalmış” ölkə deyil, “postsovet ölkəsi” sindromundan əziyyət çəkmir, əksinə, doğru yönləndirmə sayəsində qısa müddət ərzində sürətli inkişaf yolu keçmiş, Avropaya, o cümlədən, ümumilikdə dünyaya töhvələr vercək qədər inkişaf etmişdir. Bu, bir versiya deyil, məşhur Avropa və ABŞ siyasətçilərinin dillərindən səslənmiş rəsmi etiraflardır.
“Avropa ölkələri onları çətin vəziyyətdə qoyan enerji infrastrukturu mirasından əziyyət çəkirlər. Bu ölkələr vahid dominant tədarükçü olan Rusiyadan qaz almaq məcburiyyətindədirlər. Rusiya isə bu mövqeyindən Avropaya iqtisadi və siyasi təsir vasitəsi kimi istifadə edir, Avropanı özünün siyasi qərarlarına tabe etdirmək üçün fakt qarşısında qoyur”. Bu sözləri ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstayn 2016-cı ilin yanvar ayında KİV üçün açıqlamasında demişdi. Sonradan həmin müsahibə transmilli KİV-lərdə geniş yayılaraq Avropanın mövcud durumuna baxışı ehtiva etmişdi. Avropanı mövcud asılılıqdan xilas etmək üçün planlaşdırılan layihələr arasında ABŞ təmsilçisi ön sırada “Cənub Qaz Dəhlizi”nə istinad etmişdi. Bildirmişdi ki, “Cənub Qaz Dəhlizi” Azərbaycandan təbii qazı Avropaya çatdırmaqla, yeni marşrut üzrə qaz tədarükünü təmin edəcək, Avropanı Rusiyanın asılılığndan xilas edəcək: “Azərbaycan Avropanın milli və iqtisadi təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır və oynayacaq”.
Azərbaycan barədə zaman-zaman səsləndirilmiş çoxsaylı fikirlər sırasında seçim edib, Amos Hokstayn üzərində dayanmağımız təsadüfi deyil. 2016-cı ilin yanvar ayında çılpaqlığı ilə ifadə edilmiş bu fikir Donald Tuskun 13-14 may 2019-cu il tarixdə Prezident İlham Əliyevlə görüşü zamanı səsləndirdiyi tezislərin anlaşılması üçün açar rolunu oynayır.
“Odla su arasında”
Azərbaycan öz maraqlarını təmin etməklə yanaşı, Avropanın da inkişafına hesablanmış layihələri çətin durumda, ciddi basqılar altında reallaşdırıb. Amos Hokstayn öz açıqlamasında Azərbaycanın çətin durumunu təsvir edib. O, “Cənub Qaz Dəhlizi” layihəsini gerçəkləşdirmək səbəbindən Azərbaycanla Rusiya arasında yarana biləcək duruma işarə etmişdi. Amma problem təkcə bu deyildi. Amos Hokstayn 2016-cı ilin yanvar ayında səsləndiridiyi fikirlərdən cəmi 3 ay öncə-2015-ci ilin oktyabr ayında ABŞ strateqləri də fərqli ovqatda idilər. Həmin təqvim Azərbaycanda parlament seçkilərinin keçirilməsi dönəminə təsadüf edirdi. Seçki kampaniyasının qızğın vaxtında ABŞ rəsmiləri təsirlərində olan KİV-ləri, QHT-ləri və beynəlxalq dövlətlərarası təşkilatları hücum halına gətirərək, seçkini pozmaq, bu yolla Azərbaycana təzyiq göstərmək, onu ABŞ idarəsində uçan süni peykə çevirmək istəyirdilər. Bu yöndə aparılan kampaniyanın pik nöqtəsi ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda parlament seçkilərinin müşahidəsindən imtina etməsi oldu. Düşünmüşdülər ki, mövcud standartlara görə, proses zəncirvari xarakter alacaq, ABŞ yönləndirməsində olan ATƏT DTİHB-nun boykot qərarından sonra Azərbaycanda keçirilən parlament seçkiləri ümumilikdə beynəlxalq ictimaiyyət tərəfindən boykot ediləcək, Avropa ölkələri Azərbaycanla əlaqələri kəsəcək, ölkəyə qarşı sanksiyalar tətbiq edilməsi üçün müzakirələr başlanacaq, Azərbaycan məcburiyyət qarşısında diz çökəcək, ABŞ-dan gələn tapşırıqları qeyd-şərtsiz icra edəcək.
Dünyanın superdövləti Avropanın xilasına yönəlmiş layihələrdən daha çox, özünün iradəsi ilə gerçəkləşdirilən layihələrdə maraqlıdır. Proseslər göstərir ki, ABŞ-ın nəzərində Avropa Birliyi müstəqil güc mərkəzi deyil, daha böyük qüvvənin – ABŞ-ın planlarını reallaşdırmaq üçün bir vasitədir. Bu baxımdan ABŞ-ın 2015-ci ildə Azərbaycana qarşı davranışları anlaşılandır: Məqsəd parlament seçkilərindən istifadə edib Azərbaycana təsir göstərmək, Azərbaycanı geopolitik seçim anında öz yanında saxlamağa məcbur etmək, ABŞ maraqlarının müdafiəçisi etmək idi.
Bunun üçün ABŞ Azərbaycanla yanaşı Avropa strukturlarına da təzyiq edir, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin pozulması üçün əlindən gələni edirdi. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu Azərbaycanda parlament seçkilərinin müşahidəsindən imtina etməyə məcbur etməsi də bu maraqla izah edilə bilər.
Həmin vaxt baş verən haqsızlıqlar təkcə Azərbaycanda deyil, Avropanın düşüncə mərkəzlərində də etiraz doğurmuşdu. Belçika Senatının fəxri spikeri Ann-Mari Lizin 2015-ci ilin sentyabr ayında Avropa Parlamentinin sədri Marten Şultsa etiraz məktubu ünvanlamışdı. Etiraz məktubunda bu qurumun qərəzli olaraq anti-Azərbaycan kampaniyaya qoşulduğu rəsmən bildirilmişdi. Eyni zamanda, zəruri tərəfdaş olduğu üçün Azərbaycanla münasibətlərin pozulmasından Avropanın zərər çəkəcəyi vurğulanmışdı.
Müraciətlərə cavab olaraq, AŞPA prezidenti Enn Brassör, Avropa Parlamentinin rəhbəri Martin Şults və Aİ-nin Genişlənmə üzrə Komissarı Yohannes Han Strasburqda görüş keçirmiş, Azərbaycana qarşı sərgilənən münasibətlə razılaşmadıqlarını bəyan etmişdilər. Siyasi qrup liderləri bu müzakirələrin yekunu olaraq bildirmişdilər ki, ortaq həll variantları tapıb vəziyyətdən çıxmaq və Azərbaycanla əməkdaşlığı davam etdirmək vacibdir.
Stereotipləri dağıdan ölkə
Azərbaycan qeyri-ənənəvi manevrlər etməklə, bütün bu oyunları poza bildi. Prezidentin düzgün, qətiyyətli siyasəti nəticəsində Avropa strukturları və ayrı-ayrı Avropa dövlətləri ilə münasibətlər nəinki qorunub saxlanıldı, inkişaf etdirildi, eyni zamanda, Azərbaycanın müəlliflik etdiyi və “Avropanın” xilasına yönəlmiş layihələrin sayı da çoxaldı. Bu gün Azərbaycan “Cənub Qaz Dəhlizi”indən başqa digər onlarla layihənin, o cümlədən, Şərqlə-Qərbi birləşdirən nəqliyyat dəhlizlərinin qurucusu, 10-larla layihənin təkanvericisidir ki, bu layihələr Azərbaycanın maraqlarını təmin etməklə yanaşı, həm də “Avropanın xilası”na yönəlib. Donald Tusk da bunları xatırlatmaqla, Azərbaycan Prezidentinə təşəkkür borcunu ödəyib.
Müşfiq Ələsgərli
Əli İnsanov ermənilərə firavan həyat, Azərbaycanlılara isə qisas mesajı verdi
Həbsdən çıxdığı gün keçirdiyi qısa brifinqi nəzərə almasaq, Əli İnsanovun 2 may tarixində mediaya verdiyi açıqlamanı, onun ilk geniş müsahibəsi saymaq olar. Kaş ki, bu müsahibəni verməyəydi. Adam danışdıqca həm özünü ifşa edib, həm də xalqımız üçün yeni problemlərin təməlini qoyub.
Diqqət çəkən ilk məqam müsahibənin xarici KİV-lərə verilməsidir. Hansılar ki, Azərbaycana qarşı dost münasibət göstərməyiblər, ölkəmizin ciddi problemlərini heç vaxt işıqlandırmayıblar, qaçqın, köçkün problemini görməzdən gəliblər, yalnız qalmaqal yaratmaq, anti-təbliğat kampaniyalarına qoşulmaqla yadda qalıblar. Əli İnsanovun da ilk açılım üçün bu cür transmilli KİV-lərə üz tutması təsadüfi deyil. Çünki, onun müsahibəsi ünvanlı mesajlarla zəngindir. Bu mesajların əksəriyyəti milli maraqlara qarşı yönəlib, xaricdən himayəçi axtarışına hesablanıb. Himayə olunacağı təqdirdə milləti “su qiymətinə satacağını” vəd edib. Özünə hörmət edən hansısa milli KİV qurumu, yəqin ki, bu mesajları dərc etməzdi.
Əli İnsanov çıxışına başlayan kimi, erməni atalar sözlərindən sitatlar gətirib. Düşünməyin ki, uzun müddət həbsdə qalmış bir adamın yaddaşı pozulub, Azərbaycan zərb məsəllərini unudub, ona görə qondarma erməni folkloruna müraciət edib. Yox, tam əksidir, onun yaddaşı yerindədir. Ermənilərdən sitata gətirməklə, məhz ermənilərə və erməni havadarlarına mesajlar verib. Bu mesajları öncə atalar sözü ilə ifadə edir. Deyir: “Ermənilərin gözəl atalar sözü var: çörək haradadır, vətən oradır”. Bundan sonar İnsanov fikrini daha açıq tekstlə ifadə edir: “Ermənilərə firavan həyat bəxş etmək lazımdır ki, Azərbaycanda rahat yaşamaqlarının mümkün olduğunu görsünlər”. Hər kəs bilir ki, kökündən yanlış tezisdir. Çünki, ermənilər Qarabağ müharibəsinə qədər Azərbaycanda firavan həyat sürüblər. Amma fürsət yaranan kimi, öz xəyanətlərini büruzə veriblər. Bunu kim də bilməsə, İnsanov yaxşı bilir. Onun yaşı, iş təcrübəsi imkan verir bilsin ki, ermənilərə Azərbaycanda tarix boyu necə şərait yaradılıb, onlar isə qarşılığında Azərbaycana necə zərbə vurublar. Bunları bilə-bilə, İnsanov yenidən “ermənilərə firavan həyat vəd etməklə nə məqsəd güdür? Mətiq deyir ki, adamın yeganə məqsədi erməni lobbisindən dəstək almağa hesablanıb.
Əli İnsanov siyasətə döndüyünü elan edir. Tezliklə siyasi partiya quracağını, tərəfdaşlarını toplayacağını bildirir. Normal halda siyasətə gəlmək istəyən şəxs, ilk mesajını öz xalqına, yaşadığı topluma verməlidir. Dəstəyi xalq arasında axtarmalıdır. İnsanov hazırda yaşadığı Azərbaycan toplumuna deyil də, ilk mesajını nədən ermənilərə ünvanlasın, dəstəyi orada axtarsın? Fikirlər çoxdur, sırada məntiqli görünənlər də var.
İnsanov vəzifəyə, dövlətə, millətə, xalqa olan münasibətini nazir işlədiyi dönəmdə büruzə verib. Rüşvət, qisasçılıq, “tayfabazlıq” kimi çirkinlikləri özü üçün prinsipə çevirib. Kiminsə ortaya çıxıb İnsanovun nazir işləməsindən razılıq ifadə etməsini görmüsünüzmü? Həbsi də bu neqativlərlə bağlı olub. Əlavə olaraq, dövlət çevrilişinə cəhd ittihamı alıb. Nəticə çıxır ki, adamın planı baş tutsaydı, yəni dövlət çevrilişinə nail olub daha yüksək posta gəlsəydi, neqativ davranışlarının çevrəsi də artacaqdı.
Onun bir məmur olaraq davranışları jurnalistlərə daha çox tanışdır. Azərbaycanda senzura ləğv edildikdən sonar mediaya qarşı ən çox məhkəmə iddiası qaldıran məmur kimi qalıb yaddaşlarda. 2000-ci illərin əvvəllərində jurnalistlərin ən çox piket keçirdikləri, etiraz etdikləri məkan Səhiyyə Nazirliyinin qarşısı olub.
Həbsdə qaldığı müddət ona səhvini anlamaq üçün kifayət etməyib. Əfv edilib azadlığa qovuşduğu ilk anda, həbsxana qapısında keçirdiyi ilk brifinqdə elan etdi ki, “mən dəyişməmişəm”. Dəyişməyibsə, xalq onun yeni yaradacağı partiyaya dəstək verəcəkmi? Məntiq yox deyir. KİV-lər də ona dəstək verməzlər. Yəqin ki, bütün bunları özü də hesaba alıb. Deməli, ilk müsahibəsini xarici KİV-lərə verməsi, burada erməni atalar sözündən sitat gətirməsi, ermənilərə mesaj göndərməsi, hakimiyytə gələrsə, onlara firavan həyat yaradacağını vəd etməsi təsadüfi deyil.
İnsanov müsahibəsində Azərbaycan auditoriyasını da unutmayıb, onlara da mesaj göndərib. Problem, bu mesajların ifadə etdiyi mənalardadır. “Kəfən geyib gəlmişəm” deyən insanovun Azərbaycan xalqına verdiyi mesaj vətəndaş qarşırurması və qisasçılıqdır. Xalq işini bilsin: gündəmə yeni müxalifət partiyası, onun önündə isə başına kəfən salmış qisasçı gəlir.
Müşfiq Ələsgərli
İctimai TV-də sosial media mövzusunda müzakirəmiz
Yalançının yeni ləqəbi: “araşdırmaçı jurnalist”
“Soros şəbəkəsi”nin Azərbaycanda etimadsızlıq mühiti yaratmaq üçün istifadə etdiyi vasitələrin detalları üzə çıxır
Trolluqdan “araşdırmaçı jurnalistikaya”
Həftə içində sosial şəbəkə fəalları maraqlı fakt aşkarladılar, məlum oldu ki, müxalif yazar, özünü araşdırmaçı jurnalist elan etmiş Cavanşir Həsənli oxucu auditoriyası qazanmaq üçün qeyri-adi üsuldan istifadə edir. O, müxtəlif ölkələrdə baş vermis, sensassiyaya çevrilə bilmiş insidentlər barədə informasiyaları arxivləşdirib saxlayır, bir müddət sonra, yəni zamanla unudulub gündəmdən çıxdıqdan sonra, həmən informasiyaları “modernləşdirərək” Azərbaycan auditoriyasına təqdim edir. Hadisə iştirakçısı olmuş şəxslərin ad-soyadını dəyişdirir, onları azərbaycanlılaşdırır, belə sensassiyalı süjetlərin fonunda özünün hədəf seçdiyi şəxsləri daha çox oxucunun qınaq obyektinə çevirir. Həsənli “Azərbaycanlı məmurun oğlu Londonda “Laborcini” ilə belə qəza törətdi” başlıqlı status paylaşıb. Bu yazı “Azadlıq” qəzetində dərc etdirib. Paylaşdığı statusun təsir gücünü artırmaq məqsədilə, “qəza yerindən şəkil” də təqdim edib. Diqqətli oxucular isə fərqinə varıblar ki, fotoda əks olunmuş görüntülər, Cavanşir Həsənlinin təqdim etdiyinin əksinə olaraq, hansısa “Azərbaycanlı məmurun oğlu”na deyil, məşhur futbolçu Kristiano Ronaldoya məxsusdur. Qəzanı Ronaldo törədibmiş, “Laborcini” də ona məxsusmuş. Əgər Ronaldo dünyaca məşhur olmasaydı, fanatları tərəfindən hər addımı izlənilməsəydi, onun qəzada zədələnmiş “Laborcini”si rəqəmsal yaddaşda qalmasaydı, yəqin ki, bu şəkil də üzə çıxıb məşhurlaşmazdı və “araşdırmaçı jurnalistin” taktikasının üstü açılmazdı.
Bu yanlışı Cavanşir Həsənlini diqqət mərkəzinə gətirib, onun digər yazılarının da təhlil edilməsinə səbəb olub. Nəticədə acınacaqlı mənzərə ortaya çıxıb. Bəlli olub ki, “Laborcini” olayı Cavanşir Həsənlinin yeganə yanlışı deyil, yazdığı yazıların hamısında bənzər məqamlar var. Bundan bir həftə öncə “araşdırmaçı jurnalist” başqa bir xəta da törədib. “Azadlıq” qəzetində dərc etdirdiyi “İsa Həbibbəylinin oğlu da oliqarx imiş” başlıqlı yazı, onun fərqli taktikalarının üstünü açır. Yazı müəllifi iddia edir ki, “Milli Məclisin komitə sədri, AMEA-nın vitse-prezidenti İsa Həbibbəylinin oğlu Ərəstu Həbibbəylinin Türkiyədə aliminium fabriki var”. “Araşdırmaçı jurnalist” Ərəstu Həbibbəylinin Baş Nazirin Katibliyinin rəisi işləməsini əsas götürərək bildirir ki, “eyni şəxsin həm məmur, həm də sənaye obyekti rəhbəri olması, oliqarxlıq əlamətidir”. Yazı “faktlarla” və “qanunlardan çıxarışlarla” zənginləşdirilib, oxucunu inandırmaq, həyəcanlandırmaq, Azərbaycan məmuruna qarşı etimadsızlıq ruhunda kökləmək üçün bütün addımlar atılıb. Oxucuda “faktların” doğruluğuna inam yaratmaq üçün, istinad mənbələri də göstərilib. Əsas “mənbə” kimi Türkiy türkcəsində yayımlanan www.sektorelrehber.com saytına istinad edib. Əgər oxucu xəbərin doğruluğuna əmin olmaq üçün həmən sayta daxil olub axtarış aparsa, həqiqətən də “Arastu Alüminyum Sanayi və Dış Ticaret Limited ” şirkətinin adına təsadüf edə bilər. Onun tərkibində Arastu sözünün olduğunu, bu adın isə dolayısı ilə Baş Nazirin Katibliyinin rəisinin adı ilə uyğunluğunu görmək, “araşdırmaçı jurnalistin” yazdıqlarına inanmaq olar. Amma bu, zahiri, ilkin təəssüratdır. Bir az diqqətli olmaq və qısa araşdırma aparmaq yetir ki, yazının qondarma faktlar üzərində qurulduğu və oxucu auditoriyasını aldatmaq üçün “maxinasiya” qurulduğu ortaya çıxsın. Bu “maxinasiyanı” açmaq üçün bir sualın cavabından başlayaq: hər hansı dövlət məmuru fəaliyyətdə olduğu dövrdə bizneslə məşğul olmasının qanunla yasaqlandığını bilə-bilə, nədən belə addım atsın, öz adına biznes qurumu təsis etsin və bu informasiyanın hər kəsin görə biləcəyi bir saytda yayımlanmasına razılıq versin? Cavanşir Həsənli bu suala asan cavab tapıb, bunu “məmur özbaşnalığı”, “məmur talançılığı” ilə əlaqələndirib. Amma unudub ki, məsələ bu qədər sadə deyil. Belə təxribatın toruna yalnız onun özü düşüncədə olanlar düşə bilərlər.
www.sektorelrehber.com saytı rəsmi qurumlara məxsus deyil, “həvəskar reklamçı” xarakterlidir. İstənilən şəxs orada müvafiq kateqoriyalara daxil olub, öz şirkəti barədə lazımi informasiyaları yaza və onu bu “sayt vasitəsilə məşhurlaşdıra bilər”. İnformasiya bangına daxil edilən şirkətin reallıqda mövcud olub-olmaması barədə sənədləşdirmə tələb olunmadığı üçün, barəsində məlumat verilən “şirkət” haqqında saytda qondarma, uydurma qeydlər də vermək mümkündür. Sayt admini belə bənzər addımlara maneə yaratmır. İstənilən informasiyanın həqiqiliyi yoxlanılmadan saytda yerləşdirilir. Bu isə, internet maxinatorları üçün fürsət yaradır. İstənilən adam şərləmək istədiyi birisinin adından qondarma “şirkət təsis edə” həmən şirkətin məlumatlarını bu saytda yerləşdirə bilər. Araşdırmalar göstərir ki, saytda “Arastu Alüminyum Sanayi və Dış Ticaret Limited ” şirkəti barədə yerləşdirilmiş məlumatlar da, bu qəbildəndir. Onların yanlış olduğunu yalnız xüsusi araşdırma aparmaqla aşkarlamaq mümkündür. Amma burada incə bir məqam da var: “araşdırma aparan şəxs” həqiqətin üzə çıxmasında maraqlıdırmı? Əgər deyilsə, onda kələfin ucu dolaşır. Məlum yazıda da “araşdırmaçı jurnalist” diqqəti saytdakı boşluqların üzə çıxarılmasına deyil, fərqli səmtə yönəldib. Çünki, onun məqsədi saytda səliqə-səhman yaradılması deyil, bu səliqəsizlikdən istifadə edib öz məqsədlərini yerinə yetirməkdir. Diqqət saytdakı boşluqlar üzərinə yönələrsə, daha dəhşətli mənzərə ortaya çıxar.
Saxta saytları kim və niyə yaradır?
Məsələ ondadır ki, saytın üzərində “İletişim”, yəni əlaqə kateqoriyası olsa da, içi boşdur, heç bir əlaqə rekviziti yoxdur. Burada əlaqə qurulacaq şəxsin deyil, əlaqə yaratmaq istəyən şəxsin kimliyi haqqında sorular var. Həmçinin, “Hakkında” kateqoriyası da boşdur, saytın qurucusu, admini barədə bir kəlmə tapa bilməzsiniz. Axtardıqca, suallar aydınlaşmır, daha da qəlizləşir. Bu qəlizlləşmə sona qədər davam edir və nəticə çıxır ki, sayt, sadə dillə desək, saxtadır. Saxta saytlar müsair dövrdə “internet reketçilik”, “internet şantajçılıq” üçün istifadə edilən populyar metodlardan biridir. Təcrübə göstərir ki, saytda adı, kimliyi gizlədilən qurucular, adminlər, idarəçilər hədəf seçdikləri şəxslər (məmurlar, iş adamları və sair) barədə qondarma, şantajedici “faktları” belə saytlarda yerləşdirir, sonradan o informasiyaları əlbir işlədikləri “ internet, sosial şəbəkə fəalları”, “araşdırmaçı jurnalistlər” vasitəsilə ictimailəşdirir, sonra da şantaj olunan şəxsə informasiyanın silinməsi üçün “qarşılıqlı xidmət” təklif edirlər.
Bu metod dünyada olduğu kimi, Azərbaycanda da geniş yayılıb, “reket” jurnalistlərin ən çox istifadə etdikləri üsullardan biridir. Saxta rekvizitlərlə bir sayt yaradır, cəmiyyətdə tanınmayan, auditoriyası məhdud olan bu saytlarda hədəf seçdikləri şəxs barədə yalançı informasiyaları toplayırlar. Sonra da həmən saxta sayta istinad edib, həmən informasiyanı özlərinin KİV qurumlarında yayırlar. Şikayət olunanda, hüquqi ölçü götürmək lazım gələndə, deyirlər ki, şikayət doğuran məqalə başqa KİV-ə istinadla verilib, məqalədə əks edilənlər təkzib olunmayıb. KİV haqqında qanunun 62-ci maddəsindəki boşluqlar onların bu hərəkətlərinə bəraət verir. Nəticədə sui-istifadə halları çoxalır. Hansı ki, peşəkar jurnalist doğruluğu şübhə yaradan, ehtimal və fərziyələrə söykənən materialları yayarkən, yalnız istinad məsələsinə deyil, həmçinin tənqid olunan tərəfin mövqeyinin öyrənilməsinə də önəm verməlidirlər. Bu, araşdırmaçı jurnalistlər üçün xüsusilə mühümdür.
Cavanşir Həsənli bu prinsiplərdən məlumatsızdırmı? Yoxsa həqiqətin üzə çıxmasında maraqlı deyil?
“Araşdırmaçı jurnalistlərin” beynəlxalq şəbəkəsi
www.sektorelrehber.com saytı üzrə araşdırmalar ciddi mətləblərə aydınlıq gətirir. Bu cür saytlar yuxarıda təsvir etdiklərimizə oxşar xırda maraqlar, “gündəlik xərclər” üçün nəzərdə tutlmayıb. Burada söhbət təkcə iqtisadi, maliyyə maraqlarından getmir, daha çox siyasi müstəvini əhatə edir. “Sektorelrehber” digərlərindən fərqli olaraq “reklamını” biznes adamları üzərində deyil , onların təbirincə desək, “oliqarxlaşmış məmurlar” üzərində qurur. Həmçinin, saytdakı informasiyaların geniş auditoriyaya daşınması üçün, ənənəvi olan “sosial şəbəkə fəaları”ndan deyil, daha çox, “araşdırmaçı jurnalistlərdən” istifadə edilir. Nüanslar çoxdur, amma bu iki faktın özü də, ucu dolaşdırılmış kələfi çözmək üçün istiqamət verir. .
Sosial şəbəkələr ciddi auditoriya üçün etibarlı mənbə deyil. Artıq dünya qəbul edib ki, sosial şəbəkələrdə “fake news” hegomonluğu mövcuddur, burada yalan xəbərlərin həcmi 60%-ə qədər yüksəlir. Sosial şəbəkələrə, troll qruplarına etimad azdır, ciddi mövzular üçün bunlar yetərli deyil. Söhbət siyasi mövzulardan, ciddi auditoriyadan gedirsə, onda ənənəvi media və onun komponentlərindən, araşdırmaçı jurnalistlərdən istifadə edilir. Son zamanlar “Milli Şura” şəbəkəsinin trollardan daha çox, “araşdırmaçı jurnalistlərə” üstünlük verməsinin səbəblərindən biri də, məhz budur. Qarşıda Azərbaycanın Avropa İttifaqı ilə “Strateji saziş” imzalamasına mane olmaq tapşırığı varsa, burada artıq troll ordusu əhəmiyyət daşımır. Ölkənin siyasi aktiv təbəqəsində çaşqınlıq yaratmaq, etimadsızlıq mühiti formalaşdırmaq üçün yeni metodlara əl atmaq lazım gəlir ki, bu sırada “araşdırmaçı jurnalistlərin” xidmətlərindən yararlanmaq da var. Düzdür, mahiyyət dəyişmir, “Milli Şura” ətrafında olan trollar da, “araşdırmaçı jurnalistlər” də məzmunca eyni işi görürlər. Amma auditoriyanı çaşdırmaq üçün ikincilər daha uyğundur. Bu, başqa bir məsələdir ki, “araşdırmaçı jurnalistika” həm də maliyyə nəhəngi, siyasi təlatümçü Corc Soros tərəfindən dəstəklənir. Corc Soros öz şəbəkəsini məhz bu adla adlandırır: “araşdırmaçı jurnalistika şəbəkəsi”. Bu şəbəkə “Corrupsiya və Mütəşəkil Cinayətlər Hesabatı Layihəsi” (OCCRP) çərçivəsində formalaşdırılıb ki, həmən layihənin də birbaşa maliyyəçisi Cor Sorosdur.
Müşfiq Ələsgərli
Azərbaycanın Avropa İttifaqı ilə strateji sazişinə qarşı çıxan şəbəkə
Onlar Avropa Şurasının Parlament Assambleyası kimi ciddi bir qurumu da öz oyunlarına alət edə bilirlər
“Radikalların” erməni lobbisi ilə həmrəylik aksiyaları
“Radikal” müxalifət düşərgəsində qarşıdurma var. Özünü “Demokratik qüvvələrin Milli Şurası” elan etmiş qurumla “Real” Partiyası arasında əsl duel yaşanır. Səbəb, Azərbaycanın Avropa İttifaqı ilə imzalamalı olduğu “Strateji saziş”ə yönəlik münasibətdir. Onlarasında “Strateji saziş”in imzalanmasına dəstək verib-verməməklə bağlı fikir ayrılığı var.
Avropa Parlamenti keçən il qəbul etdiyi qətnamədə tövsiyyə edib ki, Azərbaycan “Strateji saziş”in izalanması üçün ölkədə “Avropa dəyərləri”nin tətbiq edilməsi yolunda addımlarını sürətləndirməlidir. Əks təqdirdə, Aİ bi sazişi imzalamaqdan imtina edə bilər. Azərbaycan tərəfi isə “Avropa dəyərlərinin tətbiqi yolunda addımları” xalqın rifah halının yüksəldilməsi kontekstində fasiləsiz olaraq atdığını, bunun üçün məcburiyyət motivli şərtlər qoyulmasına zərurət olmadığını bəyan edib. İsbatı olaraq 2019-cu ilin ilk üç ayı ərzində icra edilən islahatlar paketini, humanitar aksiyaları nümunə göstərib. Göstərilən arqument əsaslı olduğundan, qarşı tərəfdən qəbul edilib, “Strateji saziş”in imzalanması tarixi, prinsipial olaraq razılaşdırılıb, 2019-cu ilin ilk yarısına, təqribən may ayına təyin edilib.
Aİ rəhbərliyi Azərbaycan tərəfindən irəli sürülən arqumentləri təsadüfən qəbul etməyib, bunun üçün ictimai rəy öyrənilib. Müxtəlif icmalarla keçirilən sorğularda Azərbaycan ictimai mühitinin təmsilçiləri “Strateji saziş”in imzalanmasının hər iki tərəf üçün faydalı olduğunu qeyd ediblər, Azərbaycandakı durumun bu sazişin imzalanması üçün adekvat olduğunu əsaslandırıblar. Rəyi soruşulanlar sırasında, təbii ki, müxalifət təmsilçiləri, o cümlədən, “radikal düşərgə” nümayəndələri də var. “Real” Partiyasının sədri İlqar Məmmədovun ölkədəki son islahatlar dalğasını əsas tutaraq, sazişin imzalanmasının tərəfdar olduğunu bildirməsi isə onu və partiyasını əqidədaşlarının hədəfinə çevrib. İlqar Məmmədovun mövqeyi belədir ki, özündə Avropa dəyərlərini ehtiva edən indiki islahatlar paketi əsas tutularaq, Strateji saziş birinci mərhələdə imzalanmalıdır. İkinci mərhələdə isə Avropa Parlamenti onu təsdiqləməlidir. Əgər Azərbaycan hakimiyyəti ikinci mərhələdə təsdiqlənməyə qədər islahatlar prosesini davam etdirməsə, yəni Aİ-nin şərtlərini tam yerinə yetirməsə, sənədin qarşısını Avropa Parlamentində almaq olar. Milli Şura isə hətta “Real” tərəfdən səslənən güzəştlə də razılaşmır, “təkid edir ki, öncə islahatlar paketi tam gerçəkləşdirilməli, bundan sonra sazişin imzalanmasına razılıq ifadə edilməlidir.
Baş verənləri sadə fikir ayrılığı, yaxud, müxalifətin “Strateji saziş” faktından yararlanıb əlavə güzəştlər qoparmaq istəyi kimi də şərh etmək olardı. Necə ki, 2000 və 2001-ci illərdə, Azərbaycanın Avropa Şurasına üzvlüyü ərəfəsində analoji addımları olmuşdu. Amma, indi durum fərqlidir. Müxtəlif maraq mərkəzləri ilə sinxronlaşdırılmış hərəkətləri deməyə əsas verir ki, “radikal düşərgənin” indiki davranışları xırda maraqların təmin edilməsi üçün sərgilənən kapriz deyil, Azərbaycanla Aİ arasında “Strateji saziş”i gerçəkdən pozmağa qalxmış böyük bir şəbəkə ilə həmrəylik aksiyasıdır. Sazişin imzalanmasının qarşısını almaq üçün hərəkətə keçən şəbəkənin tərkibi isə çox genişdir…
“Strateji saziş” imzalanarsa…
Aprelin 11-də Strasburqda AŞPA-nın Yaz Sessiyasında “Korrupsiya maşını: mütəşəkkil cinayətkarlığa və çirkli pulların yuyulmasına qarşı beynəlxalq təhlükələrə reaksiya” adlı qətnamə qəbul edilib. Qətnamədə müxtəlif dövlətlərin qüsurları simvolik şəkildə göstərilsə də, əsas vurğu Azərbaycanın üzərində qoyulub, bu mənada, anti-Azərbaycan qətnamə kimi dəyərləndirilib. Qətnamə mətninin müəlliflərindən biri, Hollandiyalı deputat Mart van de Vendir sənədin zəruriliyini əsaslandırmaq üçün deyib ki, “Avropa Şurası “Azərbaycan landromatı” məruzəsində əks olunmuş faktlardan narahat olub, bu qətnaməni qəbul edib”. Hansı ki, “Azərbaycan landromatı” oyunu aylar öncə ortaya atılmış, onun əsassızlığı da tutarlı faktlarla isbat edilmişdi.
Qısa xatırlatma verək ki, “Transparency İnternational” (Tİ) təşkilatı yanvarın 29-da dərc etdiyi 2018-ci il üzrə Korrupsiya İndeksində Azərbaycanı gözlənilmədən ötən illərlə müqayisədə birdən-birə 32 pillə geri atmışdı. Təşkilat bu “gözlənilməz qərarını” “Azərbaycan landromatı” hesabatı ilə əlaqələndirmişdi. Tİ 2018-ci il üzrə Korrupsiya İndeksini hazırlayarkən, “bəzi rəqəmlərdə” “Corrupsiya və Mütəşəkil Cinayətlər Hesabatı Layihəsi”-nə (OCCRP) istinad etdiyini göstəmişdi. Amma sənədin müqayisəli təhlili nəticəsində ortaya çıxmışdı ki, Tİ OCCRP hesabatına “bəzi məqamlarda istinad” etməmiş,öz hesabatını çox simvolik dəyişikliklərlə, demək olar ki, OCCRP-dən köçürmüşdü. Həmin dövrdə aparılan araşdırmalar isbat etmişdi ki, OCCRP-in yaradıcısı və birbaşa maliyyəçisi, “Transparency İnternational” (Tİ) –ın isə əsas maliyyəçisi Corc Soros və onun Fondudur, “Azərbaycan landromatı” hesabatı da birbaşa Corc Soros Fondunun sifarişi ilə, qondarma əsaslarla hazırlanıb, mərhələlərlə müxtəlif təşkilatların gündəminə çıxarılıb. Əvvəlcə OCCRP, sonra “Transparency İnternational”, indi isə AŞPA səviyyəsinə qaldırılıb. “Azərbaycan landromatı” hesabatının qondarma olduğunun isbatlandığı bir vaxtda AŞPA-nın həmən hesabata istinad edib, aprelin 11-də qətnamə qəbul etməsi isə, bu qurumun da şər şəbəkələri əlində alətə çevrildiyinin göstəricisidir. Çox aydın şəkildə görünür ki, anti-Azərbaycan şəbəkə bu yolla azərbaycan hakimiyyətini qıcıqlandırmaq, ölkədə anti-Avropa ritorikasını gücləndirmək, nəticədə Aİ ilə Strateji sazişin imzalanmasını təxirə saldırmaq istəyirlər.
Anti-Azərbaycan qətnamənin qəbul edilməsi üçün zaman da təsadüfən seçilməyib. Aprelin 4-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bildirib ki, Azərbaycanla imzalanması gözlənilən “Strateji saziş” çox yaxın zamanda reallaşdırılacaq. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da Brüsseldə, Azərbaycan-Avropa ittifaqı Əməkdaşlıq Şurasının iclasının yekunu üzrə mətbuat konfransında deyib ki, sazişin 90 faizi artıq razılaşdırılıb, sənəd tezliklə imzalanacaq. Eyni fikirləri Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti məsələləri üzrə komissarı Yohannes Han da təsdiqləyib. O, aprelin 4-də bəyan edib ki, Azərbaycan-Avropa İttifaqı arasında saziş üzrə danışıqlar mayın ortalarınadək başa çata bilər.
Sazişin imzalanacağı günün yaxınlaşması isə, bu sazişin imzalanmasına qarşı olan şəbəkələri hərəkətə gətirib. Şəbəkənin tərkibində Corc Sorosdan başlamış erməni lobbisinə, Cənubi Qafqaz üzərində planlar quran güc mərkəzlərinə, böyük dövlətlərə, həmçinin, onların ölkə içində bəslədikləri “5-ci kolona” qədər hər kəs var. Ölkə içində “5-ci kolon” missiyasını yerinə yetirən “radikal düşərgə”nin aktivləşməsi, təşkil edə bilməsə də, hər gün mitinqlər elan olunması, sabitliyin pozulmasına cəhd göstərilməsi, daxili qarşıdurmaların intensivləşməsi də bununla bağlıdır. Hər şey sazişin imzalanmasını əngəlləmək üçün qurulub.
Cənab Federika Moqerini elan edib ki, imzalanacaq saziş həm Azərbaycan vətəndaşları, həm də Azərbaycan dövləti üçün çox faydalı olacaq. Aİ və Azərbaycan rəsmiləri həmən “faydanın” detalları barədə bilgi verməsələr də, siyasi çevrələrdən gələn bilgilər təqribi təsəvvür formalaşdıra bilir. Qeyd edilir ki, sazişin imzalanması ilə Aİ-Azərbaycan arasında sosial-iqtisadi, ticari, mədəni əməkdaşlığın güclənməsi yalnız işin bir tərəfidir. Əsas gözlənti, Azərbaycanın geopolitik oriyentasiyası mövzusunda beynəlxalq güc mərkəzləri arasında gedən mübahisələrin səngiməsi, bu mübahisələr fonunda ölkəmizə qarşı yönəlik təzyiqlərə son verilməsidir. Bundan ən çox narahat olanlar isə, beynəlxalq erməni lobbisi və onların havadarlarıdırlar. “Strateji saziş”in imzalanması erməni lobbisinin son iki ildə icr etdiyi layihəni, Nikol Paşinyanın üzərində qurulmuş şousunu iflasa uğradır. Erməni təbliğatı son iki ildə öz avantajı kimi elan edir ki, “Ermənistan inqilab yolu keçib, demokratikləşib və nəhayət, Avropa ilə saziş imzalayıb”. Azərbaycan isə Aİ ilə Strateji sazişi heç bir təlatüm, rəngli inqilab yaşamadan imzalaya bilir və Ermənistanı küncə sıxa bilir. Bunun qarşısını almaq üçün “düymə basılıb”, şəbəkə hərəkətə keçib.
Tarixi təcrübə
Təcrübə göstərir ki, Azərbaycan taleyüklü hadisələr dönəmində, ölkəyə, millətə fayda gətirəcək istənilən fəaliyyət ərəfəsində bu cür hallarla rastlaşır. Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik dönəmində, BMT-nin Təhlükəsizlik Şurasına rəhbərlik etmək ərəfəsində, 2012-ci ilin Avroviziya müsuqi yarışması zamanında, I Bakı Avropa Oyunları dönəmində analoji hadisələr yaşanıb: “radikal” müxalifət canlanıb, Avropaya şikayətlərin sayı artıb, peyk QHT-lər onlara dəstək verib, Corc Sorosdan başlamış erməni lobbisinə qədər hər kəs hərəkətə keçib, Avropa Parlamentinin, AŞPA-nın qətnamələri ortaya çıxıb. İndi də Azərbaycan Aİ ilə Strateji saziş imzalamaq ərəfəsindədir. Şəbəkə də iş başındadır.
Müşfiq Ələsgərli