“İkram Rəhimov özbaşına deyil, təəssüf ki…”

https://teleqraf.com/news/siyaset/200910.html?fbclid=IwAR3oyqXofiUi73RfQBH13J1H-Y4qvhcdYKRPBd98mkaycIWk313mYvugyGM

“Mətbuat Şurası uzun müddətdir ki, ənənəvi mediada reketizmin kökünün kəsilməsi üçün mübarizə aparır. 2008-ci ildən başlayaraq,  Şura bu işin üzərinə proqram xarakterli gedərək ciddi nailiyyətlər əldə edib. Amma  onlayn medianı  inkişafı, qəribə olsa da,  mediada raketçiliyin  yenidən çiçəklənməsinə səbəb oldu. Təhlillər zamanı ortalığa iki səbəb çıxıb”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının sədri Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, birinci səbəb onlayn medianın inkişafı ilə bağlıdır: “Çünki ənənəvi mediada mövqeləri sıxışdırılan reketlər onlayn mediaya axın elədi. Onlayn KİV qurumu yaratmaq üçün xüsusi prosedur yoxdur, domen adı almaq, hostinq, internet, kompüter kifayət edir. Xərc tələb olunmadığından reketlər bundan istifadə elədi. Onlayn medianın inkişafı sanki onlar üçün xüsusi şərait yaratdı. İkinci bir tərəfdən reketlər düşündüyümüz kimi əvvəlki xarakterdə deyillər. Yəni 10-15 il əvvəlki kimi gedib kiməsə hədə-qorxu gəlib, şantaj edib pul alan reketlər deyillər. Bugünkü reketlər bir az başqa xarakterlidir, çox təəssüf ki, müəyyən yerli və xarici şəbəkələr tərəfindən dəstəklənir. Bu cür insanları yetişdirib Azərbaycan media mühitinə daxil edirlər və onlara qarşı tədbir görüləndə də elə təəssürat yaradıb təbliğat aparırlar ki, guya söz azadlığına qarşı hər hansı basqı var. Konkret olaraq bu nümunələrin hər biri İkram Rəhimovun üzərində cəmləşir. 2017-ci ilin sentyabrında gələn şikayətlər əsasında İkram Rəhimovun rəhbərlik etdiyi qəzet barədə məsələyə baxmışıq. Araşdırma aparanda məlum oldu ki, onun haqda gələn şikayətlər tamamilə haqlıdır. Birtərəfli yazılar yayımlamışdı, kimlərəsə böhtan atmışdı, təhqiramiz ifadələrdən istifadə etmişdi. Ona xəbərdarlıq edərək tövsiyə verdik ki, bu cür əməllərindən əl çəksin. İkram Rəhimov bu fəaliyyətindən çəkinmədi, bizim tövsiyəmizi də xüsusi aqressiya ilə qarşıladı. Qərəzsizlik, balanslılıq, obyektivlik prinsiplərini pozduğunu deyəndə ona qəribə gəldi ki, bunlar nə deməkdir. O, özbaşına deyil, çox təəssüf ki, biz ona rəy bildirəndə, bu əməllərindən əl çəkməsini tövsiyə edəndə, bizə qarşı çıxış elədi və müəyyən dairələr tərəfindən müdafiə olundu”.

Müşfiq Ələsgərli qeyd edib ki, Mətbuat Şurasına qarşı qərəzini, hikkələrini nümayiş etdirmək üçün İkram Rəhimov kimi adamlardan istifadə edilir:

“İkram Rəhimov konkret olaraq Media klubunun bir neçə təsisçisi tərəfindən himayə olundu, ona informasiya dəstəyi verildi. Demirəm, həmin şəxslər İkram Rəhimovla şərik idilər, söhbət ondan gedir ki, Mətbuat Şurasına olan hikkələrini büruzə vermək üçün onu müdafiə edirdilər. İkram Rəhimov bu cür dəstək alması ilə daha da qabarıq olaraq ortaya çıxdı. İkram Rəhimov kimi onlarla belə nümunə var ki, ayrı-ayrı şəxslər tərəfindən öz maraqları naminə müdafiə edilir və nəticədə Azərbaycan mediasının başına bəla olurlar”.

Sədr müavini qeyd edib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin İkram Rəhimov barədə ölçü götürməsi yaxşı haldır. Müşfiq Ələsgərli vurğulayıb ki, Mətbuat Şurasının bu cür hallara qarşı tədbir görmək üçün səlahiyyətləri müəyyən həddə qədərdir:

“Mətbuat Şurası rəy vermək, həmin şəxsləri ictimai qınağa tutmaqdan başqa bir şey edə bilmir. Amma bu cür insanlar ictimai rəylə işləmədiklərinə görə onlar üçün ictimai qınağın da elə bir əhəmiyyəti yoxdur. Ona görə də həmin şəxslər haqqında hüquqi ölçü götürülməlidir, götürüldü də. Amma adam yenidən rəy formalaşdırmağa, cəmiyyəti çaşdırmağa başladı ki, guya həbsi qərəzlidir, kimlərinsə əli var. O baxımdan DTX-nin onun səs yazısını yayaraq necə çirkin əməllərlə məşğul olduğunu ifşa etməsi və cəmiyyətə göstərməsi alqışlanır. Bu cür insanlara qarşı ölçü götürülməli, mübarizə aparılmalıdır. Onlardan istifadə edərək öz şəxsi maraqlarını təmin etmək istəyən qüvvələrə də demək istərdim ki, bu şəxsləri şişirdib cəmiyyət üçün bəlaya çevirməsinlər. Bu cür hallara görə reketizmin kökünü jurnalistikadan tamamilə kəsmək olmur. Amma cəmiyyət bir olarsa, hər kəs onların ziyanını dərk edərsə, mübarizə də vahid mərkəzdən olar və bu adamların sonunu gətirə bilərik”.

Müəllif: Nərgiz

“İkram Rəhimov hadisəsi”nin iflasa uğratdığı “media klub”

Müşfiq Ələsgərli: “Mediada reketlərə dəstək verməyin sonu yoxdur və digərləri də Media Klubunun aqibətindən nəticə çıxartmalıdır”

http://kaspi.az/az/ikram-rehimov-hadisesinin-iflasa-uratdii-klub/?fbclid=IwAR1CCc4j4GEmoctcXPTOqxuAL32IsTlGRdBWwbdzprVHwYFxG5wCe74G1k8

Jurnalistikadan sui-istifadə edən və “reket” yolu ilə ayrı-ayrı şəxslərdən pul tələb edən “reallıq.info” xəbər saytının rəhbəri İkram Rəhimovun əməlləri ortadadır. Bu adam sırf “reket”liklə məşğul olub, Azərbaycan jurnalistikasının adına ləkə gətirib. Dövlət Təhlükəsizlik Xidmətinin İ.Rəhimovla bağlı yaydığı lent yazılarından sonra artıq heç kimdə bu məsələ ilə əlaqədar şübhə qalmayıb. Hətta köhnə dostları, həbsdən əvvəl ona hərtərəfli dəstək verənlər – Media Klubunda təmsil olunanlar da susqunluq mövqeyinə keçiblər, düşdükləri vəziyyətdən necə çıxmaq haqqında planlar qururlar. Özlərini elə göstərirlər ki, sanki dünənədək ona dəstək verməyiblər, öz şəbəkələrinə daxil etməyiblər, onunla “mübarizə” yoldaşı olmayıblar. Bu cür əməl sahibini Media Klubunun tədbirlərinə dəvət edəndə, İ.Rəhimovun dələduzluq, şantaj, böhtan yolu ayrı-ayrı insanlardan pul tələb etməsini bilmirdilərmi? Əlbəttə ki, bilirdilər. Lakin klubun həmtəsisçiləri İ.Rəhimovun nə etdiyini ona görə göz ardına vururdular ki, öz şəxsi maraqları naminə ondan istifadə etsinlər. Sonra da bunu söz və mətbuat azadlığı, demokratiya adı ilə bixəbər olanlara sırıyırdılar.

Lakin aparılan araşdırmalardan sonra İ.Rəhimovun əməllərinin sübutu olan və ictimaiyyətə açıqlanan səs yazısı klubun üzvlərini çox çətin vəziyyətə saldı. İndi onlar üçün bu vəziyyətdən çıxmaq da çətindir. Özü də hamıya məlumdur ki, Media Klubunda təmsil olunanlardan “reket”liklə məşğul olan təkcə İkram Rəhimov deyil. Ümumiyyətlə, bu hadisə, yəni İ.Rəhimovun həbsi, DTX-nın yaydığı səs yazıları həm də klubun iflası kimi dəyərləndirilməlidir.

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirdi ki, “reketçiliy”in Azərbaycan jurnalistikasında inkişaf etməsi ilə bağlı müxtəlif səbəblər göstərilir: “Bu səbəblərdən biri də “reket”lərin müxtəlif qruplar tərəfindən himayə olunmasıdır. Belə himayəçilər içərisində məmurlar, xaricdən olan şəbəkələr və eləcə də, daxildən dəstək verənlər də var. Yəni bunlar çoxçeşidlidir. Cəmiyyəti çaşdırmamaq üçün onu deyək ki, bir var, onlara himayəçilik edib, şərik olanlar, bir də var, bu adamlardan müxtəlif məqsədlər üçün istifadə edənlər. Tutaq ki, İkram Rəhimov nümunəsini deyiriksə, iddia etmirəm ki, ona dəstək verənlər onun pul ortağıdırlar və ya kimi isə şantaj ediblər və onu pul almaq üçün göndəriblər. Amma söhbət ondan gedir ki, hər kəs öz marağı çərçivəsində bunları himayə edir. Məsələn, hesab edək ki, Media Klub İkram Rəhimovdan istifadə edirdi. Tutaq ki, kluba toplaşanlar vaxtı ilə özləri Mətbuat Şurası ilə problemlər yaradıblar və Şuradan xoşları gəlmir. Deyək ki, bunlar Mətbuat Şurasını gözdən salmaq üçün, məsələn, İkram kimi adamdan istifadə edirlər”.

M.Ələsgərli vurğuladı ki, əslində, Mətbuat Şurasının İkram Rəhimovla  problemi olmayıb: “Vətəndaşlar adi qaydada ondan Mətbuat Şurasına şikayət ediblər və məsələyə baxılıb. Bu adam da çıxılmaz duruma düşüb və görüb ki, onun əməlləri ifşa olunur. Belə bir məqamda İkram özünə himayəçi axtarıb. Axtarışların nəticəsi olaraq da Media Klub İkram Rəhimova arxa çıxıb və himayəçilik edib. Klubunda da məqsədi qrup və şəxsi marağı yerinə yetirmək üçün bu kimi adamlardan istifadə etmək olub. Əslində İkram kimi adamlar da qarşılığında onlardan istifadə edib. Bu cür hallar isə yolverilməzdir və xoşagələn hal deyil. Media Klubu bilməlidir ki, öz şəxsi maraqlarını həyata keçirmək üçün belə adamlara dəstək verirlərsə, deməli, bununla Azərbaycan cəmiyyətinə və mediasına problem yaratmış olurlar. Sirr deyil ki, onlar zaman-zaman İkram Rəhimova çox ciddi şəkildə informasiya dəstəyi veriblər. Onun məsələsi istər Mətbuat Şurasında müzakirə olunanda, istərsə də hüquq-mühafizə orqanları tərəfindən araşdırılanda məhz Media Klubu İkram Rəhimova dəstək verib. Onların bu dəstəyi özlərinin qəzetləri, eləcə də müxtəlif şəxslərin açıqlamaları vasitəsilə ediblər. Həmin o açıqlamaların linkləri, arxivləri bizdədir və istənilən vaxt onları təqdim edə bilərik. Belə hadisələrə yol vermək olmaz. Bunlar dərk etməlidirlər ki, əgər maraqları varsa, bunu qanunsuz əməllər üzərindən icra etməməlidirlər. Yəni qanuna zidd əməllərin sonu yoxdur. Media Klubu öz maraqlarını dirçəltmək, belə deyək, şəxsi maraqlarına çatmaq üçün bu cür adamlarla şərik oldu, qanunsuz əməllərdən istifadə etdi. Buna görə də, nəticə etibarı ilə özləri də iflas etmiş oldular. Əslində bu, Azərbaycanda “reket” jurnalistlərdən istifadə edənlərə bir nümunə olmalıdır. Görməlidirlər ki, Azərbaycanda həm Mətbuat Şurası, həm qanunvericilik, həm də hüquq-mühafizə orqanları belə qanunsuz, çirkin hallara qarşı ciddi mübarizə aparır. Ümumiyyətlə, belə hərəkətlərin sonu yoxdur, ona görə də digərləri də Media Klubunun aqibətindən nəticə çıxartmalıdır”.

Evini, ocağını “ucuz tutmaq” yoxdur milli düşüncəmizdə…

Bu, “Novator.az” saytının  təsisçilərinin də bildikləri həqiqətlərdir

MİQ-29 markalı döyüş təyarəsinin 1 ədədəinin qiyməti, texniki durumuna görə, 26-30 milyon  dollar təşkil edir.  Manat  qarşılığı nə qədərdir, marağı olanlar hesablasınlar. Bu məbləğin təyyarənin texniki xidmətinə, pilotların əmək haqqına və sair aidiyyatı yoxdur.  Hansı ki, ikinci sadaladıqlarımız da az məsrəfli  deyillər.  Dövlət  10-larla  döyüş təyarəsi  alıb, texniki xidmət göstərir, pilotlar yetişdirir  və savaşa hazır saxlayır. Savaş olacaqmı, bu təyyarələr istifadə ediləcəklərmi, uğur qazanacaqlarmı? Dövlət, millət, torpaq, sərhədd  təəssübü çəkən kimsə belə  absurd sual üzərində düşünmür. Hər kəs fikirləşir ki, döyüş təyyarəsinin  alınması  zəruridir,  alınırlar və döyüş üçün  hazır saxlanılırlar.

Savaşın başqa bir qolu da  informasiya cəbhəsidir.  “Əsrimiz  informasiya savaşı əsridir ” deyib taftalogiyaya getmirəm.  Amma Azərbaycan, gerçəkdən, informasiya savaşının mərkəzindədir.  Səbəbi  hər kəs bilir, təkrar etmirəm.  Dövlət cəbhənin bu qolunun möhkəmləndirlilməsi, milli informasiya məkanının yad həmlələrdən  müdafiəsi üçün addımlar atıb.  KİV-lərin institutlaşdırılması, möhkəmləndirilməsi, peşəkarlaşdırılması  informasiya siyasətinin mühüm elementlərindəndir. “KİV-in inkişafına dövlət dəstəyi konsepsiyası” qəbul olunub, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. KİVDF  vasitəsilə dövlət  10 il müddətində ( 2009-2018-ci illərdə)  medianın çap qanadına, dolayısı ilə qismən də  internet mediaya 32,4 milyon manat vəsait ayrıb. Yəni, təqribən 1 döyüş təyarəsinə xərclənən vəsait qədər (manat-dollar qarşılığını nəzərə almayaq).  Effekt isə çox böyükdür: informasiya məkanı milliləşib, peşəkarlaşıb, inkişaf edib. Hansı ki, anti-Azərbaycan qüvvələr informasiya məkanımızın milliləşməsinin qarşısını almaq üçün bundan dəfələrlə  çox vəsait sərf etmişdilər. Diqqət edək,  Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu, yəni  Soros Fondu  Azərbaycanda  1996-cı  ilin sonlarından fəaliyyət göstərib.  Fond özü rəsmən elan edib ki, fəaliyyəti dayanana qədər ( 2011-ci il)   Azərbaycanda  “demokratik  inkişafa”, o cümlədən,  mediaya yönəlik proqramlara hər il 3 milyon dollar vəsait xərcləyib,  qrant ayırıb. Müqayisə edək, təqribən  55 milyon dollar  vəsait. Amma Azərbaycan informasiya məkanına, ictimi-siyasi sektora müdaxilə edən “fədakar”  təkcə Soros Fondu olmayıb. Hesabalamalara görə, bu dövr ərzində “Sorosabənzər”  fondlar vasitəsilə Azərbaycan mediasına təqribən 150 milyon dollardan çox vəsait yatırılıb. KİVDF və digər milli donor təşkilatlar isə eyni zaman kəsiyində bundan dəfələrlə  az vəsait sərf etməklə, daha ciddi effekt əldə etdilər. Müqayisə ölçüyəgəlməzdir:  90-cı illərdə, 2000-ci illərin əvvələrində  “Sorosabənzərlərin”  yönləndirməsi ilə  küçəyə çıxıb  Azərbaycan polisinə daş atan Azərbaycan jurnalistii  ilə, bu gün Azərbaycan dövlətinin yanında dayanıb Azərbaycanın müstəqiliyi uğrunda çarpışan, erməni cəbhəsinə, “Soros düşərgəsinə” layiqli cavab verən Azərbaycan jurnalstinin fərqi var ortada.  Hələ institutlaşmanı, texniki modernləşməni demir. KİVDF fəaliyyətə başlayanda əksər KİV-lərin, hətta, mühasibatlığı mövcud deyildi.  80 faiz jurnalist kirayələrdə yaşayırdı.  Bugünkü düzənlə müqayisə aparıb fərqi görmək asandır. Əlbəttə, önəmli olan vəsitin məbləği deyil. Milli media mənsubları üçün önəm daşıyan məqam həm də ölkədə  azad, demokratik söz  mühitinin yaradılması,  peşəkar və milli düşüncəli qələm adamlarına fəaliyyət  üçün şərait yaradılması, Prezidentin özünün birbaşa diqqət və qayğı göstərməsidir. 

Sorosun ölkədəki tör-töküntülərinin izinin  kəsildiyini  deyə bilmərik. Mühitləri daralsa da, mövcuddurlar.  Hərdən revanş edirlər.  Belələri,  milli donor institutlarının gözdən salınması üçün hər fürsətdən yararlanırlar. Bu gün milli donor təşkilatların, o cümlədən  KİVDF-nin  imicinə ləkə vurmaq, onları gözdən salmaq istəyənlər var ortada. Görülən işlər, qazanılan nailiyyətlər qalıb bir kənarda, Fond vasitəsilə informasiya məkanı  üçün xərclənən milyonları manata, manatı isə qəpiyə çevirirlər, sonra da qəpiyin  hesabını  aparırlar. Guya bilmirlər ki,  hara xərclənib o pullar… Hansı nəticələr qazanıldığını görmürlərmi? 

Əslində, ədəb müstəvisində sorularsa,  xoş niyyət daşıyarsa, müzakirə aparmaq, hesab sormaq yaxşıdır. Amma indiki kampaniya fərqli təəssürat yaradır. Arqument oldu –olmadı, səbəb varmı-yoxmu, düşünmürlər.  Soru sorulmur, rəsmən çamur atılır.  Olsun,  çamur atırlar,  cavablarını da alırlar. Zatən ara-sıra “tapıntı” kimi təqdim etdikləri rəqəmlər də onların öz axtarışlarının nəticəsi deyil: KİVDF-nin saytında yerləşdirilmiş, aidiyyatı dövlət qurumlarına hesabatı verilmiş rəqəmlərdir.  Obyektivlik hissləri olsaydı, bunu Fondun şəffaflığı kimi təqdim edərdilər.  Deyərdilər ki, Fond aldığı və xərclədiyi hər qəpiyin hesabatını verib, o hesabatı özünün saytında yerləşdirib. Başqa təşkilatları da bu cür davranmağa təşviq edərdilər. Etmirlər, canları sağ olsun, nə vaxt anlayarlar, onda deyərlər. İşimiz bunda deyil.

Kampaniyanın gedişində  məyusluq  doğuran başqa məqam var. Anlaşmaz olan məqam  revaş kampaniyasına qatılanların kimliyidir. Dövlət yardımından gen-bol faydalanmış, sorunlarını həll etmiş, zamanında dövlət proqramlarını alqışlamış şəxslərin davranışı diqqət çəkir.    

Kampaniyaya  “Novator.az” xəbər  saytı da qatılıb. “ KİVDF-yə ayrılan milyonlar və bağlanan qəzetlər” başlıqlı yazı dərc edib.  Yazı müəllifi  KİVDF-nin şəffaflıq naminə öz saytıda yerləşdiyi hesabatı  götürüb, baş-ayaq çevrib, şəxsi mülahizələri fonunda təqdim edib. Etsin, deyə bilər ki, düşüncəm belədir. “Novator.az”ın yönləndiricisi də deyə bilər ki, söz azdlığıdır, plüralizmdir, fərqli fikirlərin yayımına şərait yaratmışıq. Desin, nəzəri baxımdan normaldır. Amma plüralizmin şərti   obyektivlik, qərəzsizlik,  balans prinsipinin itməsidirmi?  Saytın yönləndiricisi jurnalist həmkarımız Azər Qaraçənlidir. Peşəkar  təcrübəsi imkan verir ki, obyektivlik, qərəzsizlik, balans prinsipinin jurnalistikada nə anlam daşıdığının fərqinə varsın.   Qaraçənli özü, bildiyim qədər, həm də qardaşı “Jurnalistlər binası”da mənzil alıblar. Necə alındığının şahidi olublar, məmnunluqlarını ifadə ediblər.  Obyektivlik naminə, peşəkar jurnalistikanın prinsipi naminə müəllifə deyə bilərdi ki, təsvir etdiyin və “Novator.az”-da yayımlamaq istədiyin fikirlərdə yanlışlıq var; jurnalistlərə  mənzil paylanması prosesində  əyintilərə yol verilməsi  barədə düşündüklərin yanlışdır. O öz nümunəsini göstərə bilərdi.

Həmkarlıq təssübkeşliyi bir yana, insanın öz evini, ocağını ucuz tutmaması   prinsipi var milli düşüncəmizdə.  Heç olmasa evimizi, ocağımızı bu kampaniyalardan uzaq tutmağı bacaraq.

Müşfiq Ələsgərli

KİVDF-nin hansısa mətbu orqanı bağlamaq fikri yoxdur”

https://metbuat.az/news/1123958/kivdf-nin-hec-bir-metbu-orqani-baglamaq-fikri-yoxdur.html

Yanvarın 31-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının iclası keçirilib.

İclasda fondun 2019-cu ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanına dəyişiklik edilib. Təklif olunan dəyişikliyə əsasən, fondun KİV-ə maliyyə yardımı müsabiqəsində son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilərlər. Həmçinin xarici dillərdə nəşr olunan gündəlik və həftəlik ictimai-siyasi qəzetlər üçün tirajın minimum 3000, satış və abunənin isə minimum 1500 nüsxə olması nəzərdə tutulub.

Dəyişikliklə bağlı Metbuat.az-a açıqlama verən “İki Sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü, KİVDF Müşahidə Şurasının sədr müavini, Mətbuat Şurası İdarə heyətinin üzvü Vüqar Rəhimzadə bildirib ki, şərtlərdə olan dəyişiklik həm qəzetlərin stimullaşdırılması, həm də rəqabət qabiliyyətlərinin güclənməsi baxımından lazımdır:

“KİVDF yarandığı gündən bu günə qədər şərtlərdə 4 dəfə dəyişiklik edib. Layihələr çərçivəsində maliyyə dəstəyi götərilirsə, eyni zamanda qəzetlər də satışını yüksəltməlidir. Ona görə, bu qərarın verilməsi KİV-in daha da stimullaşdırılması, rəqabət qabiliyyətinin gücləndirilməsinə, eyni zamanda elektron medianın sürətlə inkişafına təsir göstrəcək. Burada maliyyə dəstəyinin dayandırılmasından söhbət getmir. Əksinə, dəyişiklik qəzetlər arasında rəqabətin yaranmasına, tirajlarının, oxucu sayının artırılmasına səbəb olacaq. Düşünürəm ki, dəyişikliklərin aparılması labüddür. Həmçinin, dəyişikliyin mətbuata normal təsiri olacaq. Düşünürəm ki, əksər qəzetlər o şərtlərə uyğun fəaliyyətlərini davam etdiriəcəklər və gələcəkdə bu fəaliyyətlərini daha yaxşı formada formalaşdırıb, quracaqlar”.

KİVDF-nin Müşahidə Şurasının üzvü, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev edilən dəyişikliyə münasibət bildirib. Qeyd edib ki, KİVDF-nin qoyduğu kriteriyalar ilk baxışdan ağırlaşdırıcı görünsə də, ümumi baxımdan heç də ağırlaşdırıcı deyil:

“Bilirsiniz ki, müasir dünya rəqabət üzərində gedir. Faktiki olaraq bu gün elektron mediayla çap mediası arasında mübarizə davam edir. İstəsək də, istəməsək də, bu, müasir dünyanın tələbi və reallığıdır. Azərbaycanda da çap mediasıyla müasir media arasında mübarizə gedir. Aydındır ki, yazılı mətbuat operativlik baxımından müasir mediadan bir pillə geridə qalır. Amma peşəkarlıq baxımından ənənəvi media daha öndə gedir. Fondun verdiyi qərar gəldikdə, ciddi, gündəlik çıxan bir mətbu orqanının ətrafında 2 min oxucu yoxdursa, rəqabətə tab gətirə bilməz. Yox, ətrafında 2 min oxucu kütləsi varsa, həmin mətbu orqanı inkişaf edəcək.

Fond bu addımıyla ciddi, peşəkar və rəqabətə davamlı mətbuat orqanlarını inkişaf etdirmək niyətindədir. Fond heç bir mətbu orqanı bağlamır, heç bağlamaq fikri də yoxdur. Artıq 10 ildir fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi müddətdə də yazılı mətbuata kifayət qədər yardımlar edib. Onun yaşaması, inkişaf etməsi, həmçinin orada çalışan jurnalistlər üçün kifayət qədər böyük layihələr həyata keçirib, bundan sonra da tendensiya davam edəcək. Sadəcə olaraq, reallıqlar var. Onlardan biri də kağızın qiymətinin qalxmasıdır. Bilirsiniz ki, Azərbaycana kağız kənardan idxal olunur. Bir tərəfdən kağızın qiyməti qalxıb, digər tərəfdən mətbuata qoyulan xərc özünü ödəmir, alıcılıq səngiyib, yazılı mətbuat sıxılıb. Amma fondun verdiyi qərarla rəqabətə tab gətirən qəzetlərin inkişafı ikiqat stimullaşdırılacaq. Əvvəl verilən maliyyə 2 dəfə çox olacaq. Bu da yazılı mətbuatın növbəti mərhələyə qədəm qoymasına işarədir. KİVDF-nin qoyduğu kriteriyalarda sərtlik yoxdur. Bunun üçün qəzetin 5 min tirajı və minimum 40% isə satışı olmalıdır. Bir qəzetin 40%-i satılmır, abunə kimi sevilərək alınmırsa, o qəzetin yaşaması sual altındadır. İstəsək də, istəməsək də, bu, müasir dünyanın qarşımıza qoyduğu reallıqdır”.

KİVDF-nin verdiyi qərar mediada hansı nəticələr doğura bilər?

Sulla bağlı Metbuat.az-a açıqlama verən Jurnalistlərin Həmkarlar İttifaqının sədri,Azərbaycan Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli KİVDF-nin verdiyi qərarla bağlı bir mediada yanlış xəbərlərin yayıldığını bildirib:

“Dünyada qəzetlərin ömrünü başa vurmasıyla bağlı fikirlər gəzir. Reallıqda isə vəziyyət başqadır. Dünyada artıq ənənəvi media qurumlarına, o cümlədən qəzetlərə inam yenidən bərpa olunur. Onların media bazarında yer tutması prosesi gedir. Ənənəvi media qurumları peşəkardırlar və onlar informasiyanı dürüst hazırlayırlar. Müqayisə üçün baxdığımız zaman dünyada sosial şəbəkələr üzərindən yayılan infomasiyaların 40%-dan 60%-a qədəri yalan olur. Ənənəvi mediada verilən xəbərlərdə isə bu problem olmur. Daha doğru xəbər almaq istəyənlər ənənəvi mediaya üz tuturlar, lakin ənənəvi media da əvvəlki variantda qala bilməz. İndi dünyada ənənəvi media qurumları – qəzet, televiziya və radiolar doğru informasiyalarını multitexnologiyadan istifadə etməklə yayırlar. Yəni, sosial şəbəkələr, mobil tədbiqlər və interet üzərində onlayn şəkildə yayırlar. Ona görə də qəzetlər multitexnologiyadan istifadə etməklə məlumatlarını yaymalıdırlar. KİVDF verdiyi şərtlər maliyyə almaq istəyən qəzetlərin texniki imkanlarında, imiclərində yeniliklər etməsiylə bağlıdır. Bu baxımdan hesab edirik ki, KİVDF-nin verdiyi qərar ənənəvi KİV qurumlarının dünya standartlarına uyğunlaşmasını tezləşdirəcək”.

Xəyalə Məmmədova / METBUAT.AZ

“Uğursuz adam”ın uğurlu media layihələrinə “baxışı”

Ekspertlərin fikrincə, Arif Əliyevin yaratdığı bütün qurumlar iflasa uğrayıb, rüsvayçılıqla dağılıb

http://kaspi.az/az/uursuz-adamin-uurlu-media-layihelerine-baxisi/

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİVDF) qəzetlərin maliyyələşdirilməsi ilə bağlı müsabiqənin şərtlərinə dəyişiklik edib. Fondun açıqlamasına görə, bu dəyişiklik qəzetlərin yeni dövrə uyğunlaşdırılmasını və Azərbaycan çap mediasının dünyaya çıxış inteqrasiyasının  artırılmasından irəli gəlir. Lakin KİVDF-nin bu addımı özünü “media eksperti” adlandıran, amma heç vaxt uğurlu fəaliyyəti olmayan bəzi insanların hədəfinə çevrilib. Bu günlərdə “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev açıqlamasında KİVDF-nin fəaliyyətini əsassız şəkildə tənqid edib. Lakin o,  həyata keçirdiyi layihələrin, xüsusilə “Gün səhər” qəzetinin uğursuzluğa düçar olması ilə bağlı məqamı, nədənsə, yaddan çıxardır. Ümumiyyətlə, Arif Əliyev və digərlərinin Azərbaycan mətbuat tarixinin uğurlu səhifəsi olan KİVDF-ni hədəfə almasının arxasında hansı maraqlar dayanır?  

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdi ki, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması Azərbaycan mətbuat tarixində çox böyük hadisə olub: “Fond yarandığı gündən 10 il ərzində kifayət qədər uğurlu layihələrlə gündəmə gəlib. Eləcə də Azərbaycanda jurnalistlərin peşəkarlığının artırılması istiqamətində fərdi yazı müsabiqələri, o cümlədən layihələr əsasında qəzetlərarası müsabiqələr uğurla reallaşdırılıb. Kimlərsə fonda qarşı fikirlər səsləndirirsə, bu, tamamilə əsassız fikirlərdir. Heç bir fakta söykənməyən belə fikirlər yalnız şəxsi ambisiyalar fonunda səslənir. Birmənalı şəkildə bunu qətiyyətlə rədd edirəm. Hesab edirəm ki, Azərbaycanın müstəqil mətbuatının inkişafında KİVDF-nin çox böyük rolu var. Buna görə, dövlət başçısına təşəkkür etmək lazımdır ki, belə bir fond 10 ildir fəaliyyət göstərir. Mətbuatın texniki bazasının güclənməsində, eləcə də redaksiyaların və jurnalistlərin maliyyə durumunun yaxşılaşmasında fondun müstəsna rolu olub. Düşünürəm ki, fond bundan sonra fəaliyyətini uğurlu şəkildə davam etdirəcək”.
V.Rəhimzadə qeyd etdi ki, fonda qarşı belə qərəzli fikirlərin səsləndirilməsi bəzi insanların bu layihələrdən kənarda qalmasında irəli gəlir: “Əgər Azərbaycan dövləti tərəfindən mətbuata dəstək olursa, bunu yalnız alqışlamaq lazımdır. Amma təəssüf edirəm ki, əlləri antiazərbaycan qüvvələrin cibində olan bəziləri ölkəmizə qarşı qara yaxmaqla, böhtan atmaqla məşğuldurlar. Hesab edirəm ki, onlar bu mövqeləri ilə antiazərbaycan qüvvələrindən aldıqları sifarişləri yerinə yetirirlər. Onların maliyyə vəsaiti ilə Azərbaycan əleyhinə iş aparanlar, həm də fondun fəaliyyətinə kölgə salmağa çalışırlar, uğurlu layihəyə qısqanc münasibət sərgiləyirlər. Bu, pişiyin ağzı ətə çatmamaq misalına bənzəyir və onlar da məsələyə bu prinsiplə yanaşırlar”. 

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirdi ki, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevin müsahibəsi başdan ayağa yalan faktların üzərində qurulub: “Hesab edirəm ki, ona ən yaxşı cavab Arif Əliyevin indiyə qədər göstərdiyi fəaliyyəti və karyerasıdır. Əvvəla, o, yalan arqumentlərə əsaslanaraq qeyd edir ki, KİVDF-nin qərarı ilə 20 qəzet bağlanıb. Bu fakt mövcud deyil, çünki fond kimsəyə “qəzetini bağla” deməyib və öz şərtlərini elan edib. Xüsusilə, 20 qəzetin bağlanması məsələsi yoxdur. Onların bir qismi yeni dövrə uyğunlaşacaq, bir hissəsi də onlayn versiyada davam edəcək. Yəni onun istinad etdiyi arqumentlər yanlışdır. Əgər qəzetlər daimi olaraq yaşamalıdırlarsa, onda Arif Əliyevin milyonluq layihə alıb, nəşr etdirdiyi “Gün səhər” qəzetinin taleyi necə oldu, niyə dayandırıldı? Ona da KİVDF və ya Mətbuat Şurası təsir göstərdi? O, özü ilə bağlı bu faktlara aydınlıq gətirmir, amma qarşılığında başqalarını ittiham edir. Eyni zamanda Arif Əliyev deyir ki, KİVDF-nin fəaliyyəti qüsurludur. Məhz belə bir fond olan Soros Fondunun idarə heyətində Arif Əliyev təmsil olunub və sonda bu fond iflasa uğrayıb, eləcə də korrupsiyada ittiham olunub, Azərbaycandakı fəaliyyəti də dayandırılıb. Bəs bu fəaliyyətə niyə aydınlıq gətirmir? 
Arif Əliyev həm də Mətbuat Şurası haqqında danışaraq, onun da fəaliyyətinin uğursuz olduğunu deyir. Bu da yalan fikirdir.  Mətbuat Şurası KİV-in özünütənzimləmə orqanıdır və bu günə qədər də fəaliyyətini davam etdirib. KİV-in özünütənzimləmə qurumu təkcə Mətbuat Şurasından ibarət deyil, başqa qurumlar da ola bilər. Məsələn, Redaktorlar Birliyi. Arif Əliyev məhz bu adda paralel bir qurum yaratmışdı və o da KİV-in özünütənzimləmə qurumu idi. O qurumun fəaliyyəti haradadır, niyə iflasa uğratdırıldı? Buna da Mətbuat Şurası və ya başqası müdaxilə etməmişdi ki”.
M.Ələsgərli vurğuladı ki, A.Əliyev nə qədər qurum yaradıbsa, hamısı iflasa uğrayıb və sonu da rüsvayçılıqla bitib: “O, həm Mətbuat Şurası, həm də KİVDF-nin yaradılması ilə bağlı layihələr irəli sürdüyünü deyir və sözündən belə çıxır ki, guya bunları Arif Əliyevin əlindən alıblar. Hərçənd bu, həqiqət deyil, amma əgər onun dediyi kimi olsaydı, yəqin ki, bu qurumların da aqibəti Redaktorlar Birliyi, Soros Fondu, “Gün səhər” qəzeti və “Yeni Nəsil” təşkilatı kimi olardı. Bu adamın karyerasında iflasa uğratdığı layihələr çoxdur. KİVDF və Mətbuat Şurası kimi layihələr ona görə yaşayır ki, Arif Əliyev bu layihələrə qoşula bilməyib. Əgər qoşulsaydı, digərlərinin aqibətini yaşayardı. 
Hesab edirəm ki, bütün bu məsələlərin kökü Arif Əliyevin bütün layihələrə pul üzərindən baxışına gedib çıxır. Ona görə də onun kimilərinin KİVDF-yə baxışında milyonların alındığı və yeyildiyi təsəvvürü var. Adamda stereotip formalaşıb ki, pul varsa, mütləq yeyinti var, amma belə deyil. Çünki illərdir qurumun fəaliyyəti göz qabağındadır və layihələr də uğurla həyata keçirilir. KİVDF-nin son qərarı, kimlərinsə fəaliyyətini dayandırmaq deyil, sadəcə olaraq, qəzetlərin yeni dövrə uyğunlaşdırılması, Azərbaycanda layiqli və daha mütəşəkkil, eləcə də dünyaya çıxa biləcək KİV-lərin formalaşdırılmasına xidmət edir. Biz bunun da nəticəsini görəcəyik”.  

“KİV-lər inkişafın yeni mərhələsinə qədəm qoyur ”

http://sia.az/az/news/politics/723246.html

“Azərbaycan dövləti o dövlətlərdəndir ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətə uyğun olaraq KİV-lərin inkişafı üçün düşünülmüş bir proqram həyata keçirilir və bu proqramda özünün nəticəsini verir”. Bunu SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib. Onun sözlərinə görə, Azərbaycanda KİV-lər peşəkarlaşıb və ictimai rəyi nəzarətdə saxlamağı bacarırlar: “Yəni Azərbaycan ictimai rəyi KİV-lər tərəfindən sabit şəkildə qorunub, saxlanılır. İndi bu keyfiyyətcə yeni bir mərhələyə daxil olur. Artıq yeni dövrün yeni tələblərinə əsasən Azərbaycan həqiqətlərinin dünyaya çıxarılmasına ehtiyac var. Dünyaya çıxış televiziyalar və qəzetlər vasitəsi ilə mümkün deyil. Çünki rəsmi prosedurlar tələb olunur. Amma internet vasitəsi ilə, heç bir prosedur olmadan dünyaya çıxmaq olur. Ona görə də, Azərbaycan Respublikasının Prezidenti Yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu yeni strategiya hazırlayır ki, bu onlayn KİV-lərin maliyyələşməsi ilə bağlıdır. Onlayn KİV-lər həm yerli ictimai rəyin qorunmasında, həm də Azərbaycan həqiqətlərinin dünyaya çıxmasında böyük rol oynayacaqlar. Sadəcə düşmən qüvvələr yeni strategiyanın olmasını istəmirlər. Onlar görürlər ki, indiyə qədər Azərbaycan dövləti maliyyə vəsaiti qoydu və KİV-lər peşəkarlaşdı, daxili ictimai rəyi sabit saxlaya bildilər, informasiya məkanını qorumağı bacardılar. İndi KİV-lər nəyinki, ölkə içində informasiya məkanını qoruyacaqlar, həm də dünyaya çıxacaqlar və dünyada ictimai rəyi öz xeyirlərinə dəyişəcəklər. Buna görə də, artıq ifşa olunan qərəzli dairələr əndişələnir, narahat olurlar və hay-küy salmaqla qarışıqlıq salmağa çalışırlar”